Gürcüstan Aİ nin toplantılarında iştirakdan imtina edib
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Gürcüstan Avropa İttifaqının bu gün Brüsseldə keçiriləcək toplantılarında iştirak etməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, Gürcüstan tərəfi Aİ-nin genişlənməsinə dair forumda və “Regionlararası təhlükəsizlik və əlaqəlilik” mövzusunda toplantıda iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb və bu səbəbdən Gürcüstandan heç bir nümayəndə tədbirlərə qatılmayacaq.
“Bununla belə, Gürcüstan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qalır və müvafiq səviyyədə dəvət olunacağı təqdirdə görüşlərdə iştiraka hazırdır. Bu mövqe Brüsselə çatdırılıb”, - deyə XİN-dən bildirilib.
Qeyd edək ki, “Daha geniş Avropa – daha güclü Avropa” adlı genişlənmə forumunda Aİ-yə üzv və tərəfdaş ölkələrin siyasi liderləri iştirak edəcəklər. “Regionlararası təhlükəsizlik və əlaqəlilik” mövzusunda yüksək səviyyəli toplantıya isə Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri, Moldova, Türkiyə və Ukraynanı təmsil edən nazirlər qatılacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 16 Noyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















