Icma.az
close
up
RU
Əliyev “topu” Ermənistana atdı Paşinyan hücum əmri verməyə hazırlaşır?

Əliyev “topu” Ermənistana atdı Paşinyan hücum əmri verməyə hazırlaşır?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Digər tərəfdən Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, hazırda sülh müqaviləsi üçün top Ermənistandadır.

Sülh istiqamətində addım atmaq əvəzinə atəşkəs pozuntularının intensiv hal alması nəyə hesablanıb?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, mart ayının ortalarından başlayaraq aprel ayına qədər atəşkəs intensiv şəkildə pozulur:

“Ermənistan Müdafiə Nazirliyi əvvəllər belə halların olmadığını qeyd edərək məlumatları təkzib edirdi. Sosial şəbəkələrdə isə şərti sərhəd istiqamətində yaşayan ermənilər bu barədə xəbərlər paylaşır, video görüntülər təqdim edirdi. Ardınca Ermənistan Müdafiə Nazirliyi artıq bu atəşkəs pozuntularının olduğunu etiraf etməyə başladı. Lakin bunun ciddi xarakter daşımadığını da vurğulayırdılar.

Müharibə bitdikdən sonra Azərbaycanın konkret şərtləri bəlli idi. Proses başladığı andan etibarən top Ermənistan tərəfindədir. Rəsmi Bakı bütün fikirlərini və tələblərini İrəvana göndərib. Ermənistan isə məsələni uzadır və fərqli istiqamətlərə yönəltməyə çalışır. Hələ də işğalda saxladığı Qazaxın kəndləri və Kərki ilə bağlı heç bir addım atmaq niyyətində deyil. Azərbaycan bu məsələni də ön plana çıxarmalıdır”.

Səxavət Məmməd qeyd edib ki, hazırkı Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasını istəmir:

Səxavət Məmməd

“Regionda maraqlı olan dövlətlər var və onlar sülhün əldə olunmasını istəmirlər. Rusiya, İran, Fransa, ABŞ buna nümunədir. Böyük dövlətlər Cənubi Qafqaza bir region kimi baxırlar, ayrı-ayrı ölkələr kimi yox.

Əgər region uğrunda mübarizə hələ də davam edirsə, tərəflər arasında uzlaşma yoxdursa, sülh müqaviləsindən danışmaq hələ tezdir. Aprel və may ayları Cənubi Qafqaz üçün çox çətin keçəcək. ABŞ demək olar ki, İranı mühasirəyə alır. Dünyada heç bir münaqişə ocağı hələ ki, sönmüş vəziyyətdə deyil. Əksinə, yeni, alovlana biləcək münaqişə ocaqları yaranmaqdadır.

Belə bir şəraitdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması real görünmür. Ermənistanın revanşist qrupları hələ də Qarabağdan və “Böyük Ermənistan” iddiasından əl çəkməyib. Proseslərin bu şəkildə inkişaf etməsi yaxın gələcəkdə, hətta bir neçə ay ərzində eskalasiyanın baş verməsinə səbəb ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri