Icma.az
close
up
RU
Paşinyan “topu” İrana ötürdü: Tehrana verilən MESAJ

Paşinyan “topu” İrana ötürdü: Tehrana verilən MESAJ

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı növbəti açıqlamalar verib. 

Martın 4-də qeyd edilən mövzuda mətbuatda məqalə ilə çıxış edən Paşinyan bu dəfə İran İslam Respublikasının dövlət televiziyasına danışıb. Ermənistan hökumətinin rəhbəri Azərbaycanın qərb hissəsindən Naxçıvan Muxar Respublikasına və əks istiqamətdə marşrutun təmin edilməsinə dair Ermənistanın ölkəsinin ümumi siyasətinin necə olması sualını cavablandırıb: “Biz “Sülh kəsişməsi” layihəsini yaratmışıq ki, bu layihə ümumilikdə regionumuzda bütün nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin qarşısının alınmasına yönəlib. 

Bu kontekstdə çox mühüm mövzu Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasıdır. Əlbəttə, bu kontekstdə Azərbaycandan-Azərbaycana dəmir yolu əlaqəsinin bərpası vacibdir. Yəni Qərbi Azərbaycandan (Azərbaycanın qərbindən-red.) Ermənistan Respublikası ərazisindən keçməklə Naxçıvana, Ermənistan Respublikasından isə Azərbaycan ərazisi vasitəsilə, yəni Naxçıvan ərazisindən keçməklə Ermənistana”. 

O, bu yaxınlarda Ermənistan tərəfinin bu məsələnin həlli ilə bağlı Azərbaycana konkret təklif verdiyini deyib:“Söhbət birinci mərhələdə dəmir yolu ilə yükdaşımaları bərpa etməkdən gedir. Əlbəttə, biz hesab edirik ki, bu məsələ ölkələrin ərazi bütövlüyünə, yurisdiksiyasına və suverenliyinə hörmət çərçivəsində həll edilməlidir. Bizim təklif etdiyimiz həll yolu, məncə, bu şərtlərə tamamilə uyğun gəlir”,-deyə Paşinyan bildirib. 

Ermənistanın Baş naziri əlavə edib ki, bu təklif heç bir maneə olmadan malların tam, hərtərəfli daşınması şərtinə tam cavab verir:

“Burada nüans nədən ibarətdir? Bu gün Azərbaycandan Naxçıvana İran İslam Respublikasının ərazisindən keçid var və biz də deyirik ki, mahiyyət etibarı ilə biz də beləsini irəli sürürük. Biz İranın Azərbaycana təklif etdiyi şərtləri təqdim etməyə hazırıq. Əlbəttə, nəzərə alaq ki, bu halda söhbət yalnız Azərbaycandan Ermənistan ərazisindən keçməklə Azərbaycana dəmir yolu ilə yükdaşımalardan deyil, həm də Ermənistandan da gedir. Biz də müəyyən sadələşdirmələrə hazırıq, təbii ki, qarşılıqlılıq prinsipi ilə. Amma bu layihənin reallaşacağı təqdirdə nələrin baş verəcəyini sənədləşdirmək də çox vacibdir. 

Bu, həm də Ermənistan-İran münasibətlərinə çox müsbət təsir göstərəcək. Çünki bu kontekstdə həm Azərbaycan, həm də Ermənistan beynəlxalq dəmir yolu yükdaşımaları məqsədilə bir-birinin ərazilərindən istifadə edə biləcəklər. Bilirsiniz ki, bu kanallar açılsa,  Ermənistanla İran arasında dəmir yolu əlaqəsi yaranacaq ki, bu da iqtisadi əlaqələrimizi xeyli dərinləşdirəcək. Eyni zamanda, Azərbaycan Ermənistan Respublikasının ərazisi ilə Türkiyəyə və əks istiqamətdə dəmir yolu ilə yükdaşımaları həyata keçirmək imkanı əldə edəcək. Bu da həm Ermənistanın, həm də Azərbaycanın beynəlxalq dəmir yolu şəbəkəsinə tam inteqrasiyası deməkdir”.

 Göründüyü kimi, Ermənistanın Baş naziri Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsinin yalnız “Sülh kəsişməsi” layihəsi çərçivəsində təmin olunmasını təklif edir. Bununla da Paşinyan qeyd edilən marşrut üzrə nəqliyyat-kommunikasiya əlaqəsinin təmin olunmasını nəzərdə tutan Azərbaycan və Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan imtina etdiyini demək istəyir. 

Halbuki, Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirmək barədə öhdəlik götürüb. Paşinyan sözügedən sənədin sanki qüvvədən düşdüyü barədə təsəvvür yaratmağa çalışır. Ancaq Nikol Paşinayan tərəfindən imzalanmış 10 noyabr Bəyanatı daimidir. Üstəlik, Azərbaycanın qərb hissəsindən Naxçıvan MR arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat-kommunikasiya əlaqəsinin açılmasına dair Bakı və İrəvan arasında başqa razılaşma yoxdur. 

Yəni 10 noyabr Bəyanatı nəqliyyat-kommunikasiya marşrutlarının blokdan açılmasını nəzərdə tutan yeganə hüquqi sənəddir. Azərbaycan və Ermənistan arasında “Sülh kəsişməsi” layihəsinə dair hər hansı razılaşma mövcud deyil. 

Ona görə də Paşinyanın açıqlaması siyasi prosesləri öz maraqlarına və arzularına uyğun yozmaq niyyəti daşıyır. Sadəcə olaraq, Paşinyanın bu fikirləri İran telekanalına söyləməsi onun rəsmi Tehranın siyasi direktivləri əsasında fikir yürütdüyünü təsdiq edir. Bu, İran rejiminə Zəngəzur dəhlizinin açılmayacağına dair mesaj ötürmək məqsədi daşıyır. Paşinyanın müsahibəsində diqqət çəkən digər siyasi vurğu “Azərbaycanın qərbi” əvəzinə “Qərbi Azərbaycan” ifadəsini işlətməsidir. 

Ümumiyyətlə, Paşinyan son vaxtlar Azərbaycanın qərb rayonlarını tez-tez “Qərbi Azərbaycan” adlandırır. Bununla da Baş nazir Qərbi Azərbaycanın Ermənistanla şərti sərhədi keçmədiyinə eyham vurur. Yəni Paşinyan Azərbaycana Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına razılaşmayacağını deməyə çalışır. Halbuki, 300 min nəfər azərbaycanlı 1988-1990-cı illərdə  Ermənistan ərazisindən məcburi deportasiya edildiyinə görə rəsmi İrəvan onların öz evlərinə qaytarılmasını təmin etməlidir. 

Nikol Paşinyan 10 noyabr Bəyanatının tələbləri ilə heç bir əlaqəsi olmayan yeni təkliflər irəli sürür. Baş nazir Azərbaycandan-Azərbaycana nəqliyyat əlaqəsinə alternativ olaraq, Ermənistandan-Naxçıvan MR vasitəsilə Ermənistana dəmir yolunun açılmasını təklif edir. Yəni Ermənistan rəhbərliyi Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu marşrutuna qarşılıq Arazdəyən-Naxçıvan-Ordubad-Mehri dəmir yolu xəttini təklif edir. Paşinyan hökuməti real dəmir yolu infrastrukturunun bərpasına maraq göstərmək əvəzinə siyasi manipulyasiya edir. 

Rəsmi İrəvanın məqsədi Azərbaycan Zəngəzurdan dəhliz kimi istifadə etmək tələbinə əks arqument yaratmaqdır. Yəni Ermənistan Zəngəzur dəhlizinə alternativ olaraq Naxçıvan ərazisindən özünə nəqliyyat dəhlizi istəmək niyyətini ortaya qoya bilər. Təbii ki, bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə zidd olduğuna görə rəsmi Bakı qeyd edilən təkliflə razılaşmayacaq. 

Paşinyan bundan başqa, Ermənistan ərazisindən Azərbaycana İranın təklif etdiyi hüquqi şərtlər əsasında yükdaşımalar üçün istifadəyə icazə verməyə hazır olduğunu bildirir. Baş nazir qeyd edilən şərtlərin “qarşılıqlılıq prinsipi” əsasında həyata keçirilməsindən söz açır. 

Paşinyan bununla Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və malların Naxçıvana, eləcə də əks istiqamətdə maneəsiz deyil, Ermənistan tərəfinin sərhəd-buraxılış yoxlamasından və gömrük rüsumu ödəməklə keçməsi şərtini irəli sürür. Digər tərəfdən, Paşinyan 10 noyabr Bəyanatının 9-cu bəndindən imtina etməklə kapitulyasiya sənədindəki öhdəlikləri tanımadığını, artıq Azərbaycanla bərabərhüquqlu tərəf kimi davrandığını nümayiş etdirir. 

Lakin Azərbaycanın İran üzərindən Naxçıvan MR-a, həmçinin Gürcüstan vasitəsilə Türkiyəyə quru yolu ilə və dəmir yolu əlaqəsi olduğundan Paşinyanın yeni ideyaları Ermənistanın blokadada qalması ilə nəticələnəcək. Ermənistanla sülh müqaviləsi imzalanmadığına görə, hazırda Azərbaycan və Türkiyə ilə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasından danışmaq mümkün deyil. 

Sülhün təmin olunması isə ilk növbədə, Ermənistanın konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına hüquqi xitam verilməsindən keçir. 

Bundan başqa, Ermənistan Azərbaycanın işğal altındakı kəndlərini geri qaytarmalıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri