Icma.az
close
up
RU
Rusiya Ermənistana müdaxilə edəcək? Paşinyan

Rusiya Ermənistana müdaxilə edəcək? Paşinyan

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Ermənistan Prezidenti Vahaqn Xaçaturyan ölkənin Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətini təsdiqləyən qanunu imzalayıb.

News24.az xəbər verir ki, bu barədə Xaçaturyanın mətbuat xidməti məlumat yayıb.

Qanun 2024-cü il martın 26-da Ermənistan parlamenti tərəfindən qəbul olunub. Sənədə əsasən, Aİ-yə üzvlüklə bağlı yekun qərar yalnız ümumxalq referendumu əsasında verilə bilər.

Lakin bu addımın özü belə, artıq Ermənistanın prioritetlərini dəyişdirdiyini göstərir. Ermənistanın Aİ-yə üzv olmaq üçün konkret dəvət almadığı bildirilsə də, rəsmi İrəvanın qərarı Brüssellə münasibətləri dərinləşdirmək istəyindən xəbər verir.

Ermənistanın bu qərarı Rusiyanın kəskin reaksiyasına səbəb olub. Moskva hesab edir ki, Ermənistanın eyni anda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzv qalması mümkün deyil. Rusiya rəsmiləri bu vəziyyətin İrəvan üçün "seçim anı"nın yetişdiyini göstərdiyini bildiriblər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ermənistan daxilində Aİ-yə inteqrasiyanı ölkəyə əlavə fayda gətirəcək addım kimi dəyərləndirən qüvvələr var.

Ermənistan isə hələlik Aİİ-dən çıxmaq niyyətində olmadığını açıqlayıb. Buna baxmayaraq, 2023-cü ilin sonundan bəri Ermənistan Xarici İşlər Nazirliyi Avropa yönümlü siyasətə meyl etdiklərini və Aİ-yə üzvlüyün aktiv şəkildə müzakirə olunduğunu bildirmişdi. Mart ayında isə Aİ-yə daxilolmanın nəticələrinin əvvəlcədən proqnozlaşdırıla bilməyəcəyini qeyd etmişdilər.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın Aİ-yə üzvlük qərarının ölkəni strateji seçim qarşısında qoyduğunu söyləyib. Onun fikrincə, bu, təkcə siyasi deyil, həm də iqtisadi baxımdan ciddi nəticələrə yol aça bilər.

Aİ ilə yaxınlaşma fonunda, Rusiya Ermənistanla münasibətlərini yenidən nəzərdən keçirə və bölgədəki nüfuzunu qorumaq üçün müəyyən addımlar ata bilər.

Müşahidəçilər bildirirlər ki, Moskva Ermənistanın qərarına sərt cavab verə və hətta iqtisadi və siyasi təzyiqlərə əl ata bilər.

Bəzi analitiklər isə qeyd edirlər ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı bu addımlar Rusiyaya yönəlik siyasi manevr – bir növ təzyiq aləti də ola bilər. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbə üz tutmaqla Rusiya Prezidenti Vladimir Putini dolayısı ilə şantaj etdiyi bildirilir. Məqsəd isə Kremldən daha çox iqtisadi və ya siyasi güzəştlər qoparmaq, həmçinin Moskvanın Ermənistanla bağlı siyasətində dəyişikliklərə nail olmaqdır.

Gələcək aylarda bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi Rusiya və Qərbin reaksiyasından asılı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Aprel 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see235

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see172

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri