Icma.az
close
up
RU
“ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTİ FANTASTİK UĞUR QAZANDI İndi artıq daxili məsələlərə yönəlmənin vaxtıdır”

“ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTİ FANTASTİK UĞUR QAZANDI İndi artıq daxili məsələlərə yönəlmənin vaxtıdır”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avqustun 8-də Ağ Evdə imzalanan sənədlər region üçün xüsusi əhəmiyyət kəsb edir, son 5 ildə Azərbaycan və Türkiyənin addım-addım getdiyi yolun təntənəsi və bəhrəsidir". 

"AzPolitika" xəbər verir ki, bu fikri ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu mənzərənin formalaşmasında böyük payı var: “Prezident Əliyevin son 5 ildə atdığı addımlar, qurduğu ittifaqlar Azərbaycan dövlətinin xarici siyasətini ən yüksək səviyyəyə qaldırdı. İndi artıq daxili məsələlərə yönəlmənin, Cənubi Qafqazda yaranmış yeni paradiqmanın dividendlərinin toplanması vaxtıdır. Bunun üçün həm asan atılacaq addımlar var, həm də aylar-illər çəkəcək ciddi islahatlar – əsas odur ki, başlamaq və işləmək lazımdır”.

Natiq Cəfərli yaxın dövrdə həyata keçirilə biləcək addımlar kimi aşağıdakı təklifləri irəli sürüb:

1.Quru sərhədlərin açılması;

2.Kiçik və orta sahibkara dost olacaq yeni vergi və gömrük məcəlləsinin qəbul edilməsi; Gömrük Komitəsinin ləğvi və funksiyalarının İqtisadiyyat və ya Maliyyə Nazirliyinə kiçik bir şöbə kimi verilməsi; vergi dərəcələrinin və gömrük rüsumlarının kəskin azaldılması, mənasız “sosial öhdəliklərin” ləğvi.

Partiya sədri orta və uzunmüddətli dövrdə isə bu islahatların həyata keçirilməsini vacib sayır:

-Yeni Konstitusiyanın qəbul edilməsi və idarəetmə sisteminin tam dəyişdirilməsi;

-Ölkənin inzibati-ərazi bölgüsünün yenidən təsis olunması – 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi və icra başçısı institutunun ləğvi;

-Yerli özünüidarə institutlarının gücləndirilməsi, şəhərlərdə mer vəzifəsinin təsis olunması və birbaşa seçkilərlə müəyyən edilməsi;

-Təhlükəsizlik xərclərinin kəskin azaldılması, hüquq-mühafizə orqanlarında ixtisarlar, iqtisadiyyata müdaxilə funksiyalarının tam aradan qaldırılması;

-Məhkəmə islahatları – hakim sayının artırılması, ədalətli və çevik hüquq sisteminin qurulması;

İ-qtisadiyyata və biznesə mane olan aşırı tənzimləyici qanun və qaydaların ləğvi, “kiçik və effektiv hökumət” modelinə keçid, bir sıra nazirlik və dövlət qurumlarının ləğvi və ya funksiyalarının azaldılması.

“Prezident Əliyev və Azərbaycan dövləti xarici siyasətdə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsində fantastik uğur qazandı. Post-sovet məkanında Kremlin yaratdığı problemləri həll edə bilən yeganə dövlət olduq. Bu, fəxr edilməli tarixi uğurdur. İndi əsas fokus daxili problemlərin həllinə yönəlməli, rifah dövlətinin qurulması üçün əzmlə çalışmalıyıq”, – Natiq Cəfərli vurğulayıb.

Rasim Əliyev

"AzPoıitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Avqust 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri