Icma.az
close
up
RU
Laçında böyük uğurlara yol açacaq mərhələnin əsası qoyuldu Məqalə

Laçında böyük uğurlara yol açacaq mərhələnin əsası qoyuldu Məqalə

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Şamaxı, 30 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Şamaxı ziyalısı, jurnalist Könül Məmmədovanın Müstəqillik Günündə Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşündən bəhs edən məqaləsini təqdim edirik.

Bu gün Vətən torpağının hər bir guşəndə arzularımız boy göstərir. Uzun illər ayrı düşdüyümüz əzəli yurd yerlərimizin eyni açıldıqca, bizim də könlümüzün qübarı yaz qarı kimi əriyib dağların yaxasında, dərələrin dərinliyində görünməz olur. Qarabağa uzanan yollarımıza quşqonmaz qayaların başı üzərinə qaldırdığımız ay-ulduzlu bayrağımız bələdçilik edir. O bayraq ki, hələ XX əsrin əvvəllərində babalarımız Vətən torpaqlarının azad, müstəqil olması üçün özlərinə "yol yoldaşı", "ruh qardaşı" bilmişdilər. Uğrunda can verdiyimiz bu ay-ulduzlu bayrağı başları üzərinə qaldırıb, əminliklə söyləmişdilər ki, "Bir kərə yüksələn bayraq, bir daha enməz!"

1918-ci ildə azadlığını qazanıb müstəqilliyinə qovuşan, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman sonra süqut etsə də, üçrəngli bayrağımızın ürəklərdə yaratdığı azadlıq arzusu, müstəqillik sevdası qəlblərimizdən əsla qopmadı.

Xalqımız ötən əsrin sonlarında müstəqilliyini bərpa edəndə onu qorumaq, yaşatmaq üçün ağır sınaqlarla üz-üzə qaldı Yalnız Ulu Öndər Heydər Əliyev ölkəmizi düşdüyü fəlakətli vəziyyətdən xilas etdi. Ümummilli Lider qısa müddətdə xalqın inamını özünə qaytardı, ən müasir silahlarla təchiz edilmiş, yüksək döyüş ruhuna malik, vətənpərvər hərbçilərdən ibarət ordunun yaradılması üçün mühüm addımlar atdı və ölkəmiz inkişaf yoluna qədəm qoyudu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüşlərin ilk anından düşmənə sarsıdıcı zərbələr endirdi. Ərazi bütövlümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda gedən savaşda hər qarış torpaq igidlərimizn döyüşkən ruhunun, yenilməz hünərinin meydanına döndü. Bu meydanda qazanılan Böyük Zəfər xalqımızın birliyinin, həmrəyliyinin təntənəsi idi. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində ordumuz düşmənə elə ilk günlərdə sarsıdıcı zərbələr vuraraq, onların "keçilməz sədləri" mifini qısa zamanda darmadağın etdi.

44 günlük Vətən müharibəsində keçdiyimiz çətin sınaq dövründə iki qardaş xalqın - Türkiyə və Pakistan xalqlarının göstərdiyi siyasi və mənəvi köməyi hər bir azərbaycanlı bu gün də böyük minnətdarlıqla xatırlayır.

İndi Azərbaycan xalqı yeni reallıqlar mühitində inamla və qürurla irəliləyir. Prezident İlham Əliyev müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirmək üçün mühüm addımlar atır. İşğaldan azad olunmuş ərazilərimizdə artıq yeni həyat başlayıb.

Müstəqillik Günü ərəfəsində dövlət başçısının Laçın rayonuna səfəri mühüm hadisələrlə yadda qaldı. Bərpa-quruculuq işlərinin miqyasını nümayiş etdirən tədbirləri televiziya ekranlarından izlədikcə hər bir azərbaycanlının qəlbi fərəh hissi ilə doldu. Məsələn, 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı dövlətimizin gücünün, iradəsinin və strateji baxışının bariz ifadəsi idi. Çətin relyefə malik ərazidə bu hava limanını Qayıdışın, İnkişafın və Suverenliyin rəmzi kimi də dəyərləndirmək olar.

Laçın hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak etdilər. Şahbaz Şərif dedi ki, Pakistan, Türkiyə və Azərbaycan - bu gün üç ruh bir qəlbdədir. Rəcəb Tayyib Ərdoğan bu fikri daha da möhkəmləndirdi: "İndi buradakı tabloda 3 dövlət, tək millət var”.

Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Zirvə görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə idi. Müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq üç qardaş ölkənin tərəfdaşlığının önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkənin əməkdaşlığı ildən-ilə, gündən-günə güclənir. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Beləliklə, qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin sarsılmaz olduğunu göstərməklə yanaşı, daha böyük uğurlara yol açacaq mərhələnin əsasını qoydu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri