Əliyevi təbrik edirik, heyran qaldıq Duda
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Polşa Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin səviyyəsinə heyran qalıb.
Report xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda iqlim konfransı çərçivəsində jurnalistlərə bildirib.
“Bakıda bu iqlim sammitinin açılışında iştirak etdiyimə görə çox şadam. Biz onun təşkilindən heyran qaldıq və bununla əlaqədar Azərbaycanı və Ölkə Prezidenti İlham Əliyevi təbrik edirik. Polşanın dünya sammitinin təşkili təcrübəsi var. Deyə bilərəm ki, burada Bakıda hər şey mükəmməl təşkil olunub”, – o vurğulayıb.
Prezident A.Duda ümidvardır ki, COP29-da xüsusilə iqlim siyasəti məsələlərinə ciddi yanaşan və iqlimin qorunmasını inkişafın vacib elementi hesab edən ölkələr üçün mühüm qərarlar qəbul ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















