Icma.az
close
up
RU
Əliyevin tarixi həmləsi nəticə verdi Supergüc Zəngəzura görə gəlir

Əliyevin tarixi həmləsi nəticə verdi Supergüc Zəngəzura görə gəlir

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Çin Kommunist Partiyası Mərkəzi (ÇKP) Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə gəlib.

Bu səfər və Prezident İlham Əliyevlə görüş hazırkı geopolitik şərtlər çərçivəsində kifayət qədər maraqlı və diqqətçəkəndir.

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, Çin Kommunist Partiyası rəsmisinin Prezident İlham Əliyevlə görüşü hazırda ABŞ-ın start verdiyi ticarət müharibələrinin qızışdığı vaxta təsadüf edir:

“Trampın son addımları göstərdi ki, Vaşinqton ticarət müharibələrini davam etdirmək və bu sahədə rəqabəti daha da artırmaq niyyətindədir. ABŞ-ın bu qərarları beynəlxalq ticarətə çox böyük təsir göstərəcək. Qlobal nəqliyyat, logistika sistemində mövcud status-kvosunu ənənəvi tələbat olan marşrutları dəyişəcək. Həmçinin növbəti dəfə logistika şaxələndirilməsi milli təhlükəsizliyin əsas elementlərindən biri kimi çıxış edəcək. Bu baxımdan Çin nümayəndə heyəti ilə Prezident İlham Əliyevin görüşünün əsas məramı ticarət, logistika, nəqliyyat məsələlərinin olması təsadüfi deyil.

Ötən il iyun ayında Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında bəyannamə imzalanıb. Bu bəyannamə tərəflərin Orta Dəhliz adlandırılan Çindən Avropaya və əks istiqamətə mallar, yükləri daşıyan nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə kifayət qədər ciddi siyasi və hüquqi əsaslar verir. Azərbaycan-Çin əməkdaşlığının bu istiqamətdə inkişafı üçün etibarlı bünövrə yaradır. Rəsmi Pekinin Orta Dəhlizə marağı getdikcə artır. Burada beynəlxalq arenada baş verən ciddi geosiyasi dəyişikliklərlə yanaşı, TDT üzvlərinin səylərini də qeyd etmək olar. TDT-nin son sammitində ortaq marşrutun texniki təchizatı ilə əlaqədar ciddi qərarlar qəbul olundu. Gömrük prosedurlarının rəqəmsallaşdırılması, bu xətt üzrə nəqliyyatın hərəkəti ilə bağlı qərarlar verildi. Görünür, işlər yekunlaşmaq mərhələsindədir. Ölkələr qanunvericiliyi bir-birinə uyğunlaşdırır, vahid rəqəmsal platforma yaradırlar. Bütün bunlar Çin üçün cəzbedicidir. Rəsmi Pekin ABŞ-la gələcəkdə rəqabətin daha da güclənəcəyini də nəzərə alır. Bu rəqabət indi məsafədən aparılır. Perspektivdə ABŞ-ın daha sərt tədbirlər görəcəyi istisna deyil. Bu halda Çin üçün ən vacib məqamlardan biri ixracın təminində alternativ imkanlara malik olmaqdır. Həmin imkanları da Orta Dəhliz təmin edir.

Məsələnin geosiyasi tərəfi də var. Orta Asiya Çin, Avropa ölkələri və ABŞ üçün vacib geostrateji məkan kimi çıxış edir. Coğrafiyanın Çin, Rusiya ilə sərhəd olması, rəsmi Pekin üçün alternativ nəqliyyat dəhlizləri vermək imkanı Orta Asiyanın strateji dəyərini yüksəldib. Biz Avropa İttifaqının yeni xarici məsələlər üzrə komissarının Orta Asiyaya səfərini müşahidə etdik. Açıq görünür ki, Aİ Orta Asiyada möhkəmlənməyə çalışır. Bu ərazilərin tamamilə Çin və Rusiyanın nəzarətində olmasını arzulamır. Bunun üçün də ciddi addımlar atır.

Hazırda Orta Asiyanın neytral mövqe tutması Avropa ölkələri üçün çox vacibdir”.

Zaur İbrahimli

Politoloqun sözlərinə görə, yaxın perspektivdə Tramp administrasiyasının Orta Asiyaya diqqəti artacaq:

“Çinlə sərhəd bölgə olduğu üçün amerikalılar Aİ kimi özlərinin logistik və geosiyasi maraqlarının nəzərə alınmasına çalışacaqlar. Çinin də müəyyən planları var və bunların icrasına çalışır. Bu prosesdə Azərbaycan da kilid ölkə, yeganə qapıdır. Çin nəqliyyat qovşağında öz mənafelərinin nəzərə alınmasında çox ciddi şəkildə maraqlıdır. Rəsmi Pekin bu istiqamətdə fəallığını artırıb. Pekin-Bakı münasibətlərinin inkişafının şahidi olacağıq. Prezident İlham Əliyevin strateji uzaqgörənliyi ilə zamanında Azərbaycan nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulması ilə bağlı həyata keçirdiyi tədbirlər rəsmi Bakının əlini daha da gücləndirib. Çin Zəngəzur dəhlizinin açılmasına da gizli dəstək verə bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri