Icma.az
close
up
RU
Qahirədə Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum keçirilib

Qahirədə Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum keçirilib

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum təşkil olunub.

525.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Misirin Sərmayə və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı ilə keçirilən biznes forumda ümumilikdə 20-dən çox şirkətin nümayəndələri iştirak ediblər.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artımı və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb. Nazir Rəşad Nəbiyev, həmçinin Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar barədə məlumat verib, Azərbaycanın rəqəmsal məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – Misir Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə bilər.

Biznes forum çərçivəsində iki ölkədəki investisiya imkanları, Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumat verilib, Misir şirkətlərinə ölkəmizə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirmək təklif olunub.

Tədbir B2B formatında görüşlərlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri