Icma.az
close
up
RU
Əlləri kişi haqda hər şeyi deyir

Əlləri kişi haqda hər şeyi deyir

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Əksər qadınların xasiyyətini qısa müddət ərzində müəyyən psixoloji məqamlara fikir verməklə öyrənmək olsa da, kişilər, xüsusilə də, az danışanlar əks cinsin nümayəndəsi üçün oxunmamış kitab kimi qalır.

Qadınlar kişilərə nisbətən daha çox danışdığı, emosiyalarını gizlədə bilmədikləri üçün onları tanımaq daha asan olur. Lakin bir sıra psixoloji sirrləri bilməklə kişiləri ilk baxışdan oxumaq olar.

Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, belə psixoloji sirlərdən biri kişilərin əl və əl hərəkətlərinə baxaraq onları tanımaqdır. Bu üsulu xüsusilə də, qısa müddət ərzində kişinin xasiyyətini öyrənmək üçün əvəzsiz sayan psixoloq bildirir ki, kişilərin jestləri söhbət zamanı onun nə hissləri keçirdiyini və həmsöhbətinə qarşı münasibəti də göstərir. "Məsələn, əgər kişi bütün söhbət zamanı əlini belinin arxasına qoyur və sanki qarşı tərəfdən gizlədirsə, bu, onun özünə əmin olmadığını göstərir".

E.Bağırova bildirib ki, dizinin üstünə qoyulmuş əllər kişinin nəsə haqda dərin düşüncəyə qapıldığını və yorğun olduğunu göstərir: Bir-birinin üstünə qoyulmuş əllər kişinin şüuraltı olaraq həmsöhbətindən qorunduğunan xəbər verir. Bu, söhbət etdiyi insanın öz daxili aləminə buraxmaq istəməməsinə bir işarə də ola bilər. Bəzi belə insanlar qapalı olur və hər adamla şəxsi münasibət qurmurlar.

Söhbət etdiyiniz kişi əllərini qoymağa yer tapmırsa, tez-tez əllərinin vəziyyətini dəyişirsə, ovuclarını bir-birinə sürtürsə, çox əsəbidir və narahatdır. "Bu, şəxsin dərdli bir insan olduğunu da göstərir. Ola bilsin ki, söhbət zamanı onun bütün fikri problemi ilə bağlıdır".

Müsahibimizin sözlərinə görə, əllərin quruluşu da kişini büruzə verir. Belə ki, bel və ya trapesiya formasında olan əl sahibinin qətiyyətli, sadiq, enerjili olduğundan xəbər verir. Uzun və nazik barmaqların sahibi çox yaradıcı insandır. Gözəllik və incəsənətdən zövq alır.

Kişinin əli möhkəmdirsə, enerjili və işgüzardır. Nəyisə istədisə, nəsə beyninə düşdüsə, onu mütləq etməlidir. Geri çəkilməyi qəbul etmir. Alınmasa belə axıra kimi gedir. Bu xüsusiyyətinə görə istədiklərinə nail ola bilir.

Yumşaq əllər insanın ağıllı və həssas olduğunu göstərir. Zərif əllər sahibinin ağır və ciddi iş görə bilməməsindən xəbər verir. Belə kişilər tənbəl və əzgin olur. Qaydalara və səliqəyə riayət etmir, işdə uğurlar qazana bilmir.

Barmaqların formasına görə də kişinin xasiyyətini öyrənmək olar. Belə ki, E.Bağırovanın dediyinə görə, barmaqların uc hissəsi üçbucaq formada olan kişilərdə mükəmməlçiliyə meyl olur. Onlar həssaslığı və dinar olmaları ilə seçilir.

Dördkünc formalı barmaqların sahibi səliqəli və əxlaqlı olur. Maddi dəyərlərə önəm verir.

Xarakterin müəyyənləşdirilməsində barmaqların uzunluğu da rol oynayır. Əgər göstərici barmaq adsız barmaqdan qısadırsa, sahibi harizmatik və cazibədardır. Belə adamlarla ünsiyyət qurmaq maraqlı olur. Onlar riskə meylli olur və məsuliyyəti öz üzərinə götürə bilir.

Əgər göstərici barmaq adsız barmaqdan daha uzundursa, sahibi özündən əmindir. Belə kişilər tənhalığı xoşlayır. Onları əhəmiyyətsiz məsələlərə görə narahat edəndə qıcıqlanırlar.

Əgər adsız və göstərici barmaq eyni uzunluqdadırsa, belə kişilər mehriban və xeyirxah olur. Konfliktli hadisələrdən qaçırlar. Onların əsəbiləşməsi üçün ciddi nəsə baş verməlidir.

Psixoloqun dediyinə görə, barmaqlarla yanaşı dırnaqlar da kişinin xasiyyətini göstərir: "Oval dırnaqlar sahibinin üzüyola olduğuna işarə edir. Dördkünc və yastı dırnaqları kişinin utancaq olduğunu bildirir. Sadəcə yastı dırnaqları olan kişilərsə əsəbidir. Dırnaqları dar olan kişilərdə pisliyə meyllilik olur. Çox dar, səliqəli, gözəl dırnaqlarsa şəxsin həssas və kübar olduğunu göstərir. Bir növ basılmış yastı dırnaqlar da kişinin həssas, emosional olduğuna işarə edir".

Bağırova bildirib ki, bəzi kişilərin dırnaqları qırışlı, çıxıntılı olur: "Belə dırnaqlar sahibinin zəif olduğundan xəbər verir. Kənarları dişlənmiş dırnaqlar kişinin iradə zəifliyini, əsəbiliyini, gizli fəaliyyətinin olduğunu göstərir"./Ekspress.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri