Əlləriniz tez tez titrəyirsə, diqqətli olun! Bu xəstəliklərin əlaməti ola bilər
Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əllərin titrəməsi çox vaxt sadə səbəblərdən baş versə də, bəzən ciddi xəstəliklərin əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, gündəlik həyatda zaman zaman hər kəsin başına gələ bilən əl titrəməsi bəzən ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Xüsusilə titrəyişlər tez-tez, idarəolunmaz hala gəlirsə və ya digər simptomlarla müşahidə olunursa, mütəxəssisə müraciət etmək vacibdir.
Əllərin titrəməsi sinir sistemindən, əzələ xəstəliklərinə, vitamin çatışmazlığından psixoloji problemlərə qədər bir çox müxtəlif səbəblərdən yarana bilər.

Ən çox görülən səbəblər arasında Parkinson xəstəliyi, MS, hipoqlikemiya (aşağı qan şəkəri) və B12 vitamini çatışmazlığı var.
Bundan əlavə, həddindən artıq kofein qəbulu, stress, yorğunluq və qalxanabənzər vəz xəstəlikləri də əllərdə titrəməyə səbəb ola bilər.
Əl titrəməsi hətta istirahətdə də davam edərsə, gündəlik həyata təsir edərsə və zaman keçdikcə daha da şiddətlənirsə, əsas səbəbi müəyyən etmək üçün nevroloqa müraciət etmək lazımdır. Müalicə prosesində erkən diaqnoz böyük əhəmiyyət kəsb edir.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 25 İyun 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















