Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyi təcili olaraq ADNSUdakı vəziyyətə müdaxilə etməlidir GƏRGİNLİK

Elm və Təhsil Nazirliyi təcili olaraq ADNSUdakı vəziyyətə müdaxilə etməlidir GƏRGİNLİK

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Bir qrup müəllim və işçi heyyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən qanunsuzluqlarla bağlı media vasitəsi ilə Prezident İlham Əliyevdən kömək istəyib. Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən eks deputat Etibar Əliyev bildirib ki, bir az keçmişə qayıdaq. ADNSU-nun keçmiş rektoru Mustafa Babanlı müəllimlərə qarşı həddindən artıq saymamazlıq edib. Nə qədər adamı işdən çıxarırdı. Hətta deyirdi ki, kim hara şikayət edir etsin. Bu universitetdə özbaşınalıq ənənəsini Mustafa Babanlı quyub.

Eks deputatın sözlərinə görə, ADNSU-nun rektor əvəzi Vazeh Əsgərov belə kəskin addımlar atmamalıdır.

“Sual yaranır ki, müəllimi nə üçün işdən çıxarırlar. Yaş məsələsini də vurğulamaq lazımdır. Mən bunu ilk dəfə sizə deyirəm. Dünyanın aparıcı universitetlərində 90 yaşına qədər alimlər, məsləhətçi professorlar çalışırlar, dərs deyirlər. Fiziki cəhətdən imkanları çatırsa, o müəllimlərə toxunmurlar. Onlar gənclərdən də artıq səviyyədə müasir texnologiyalarla dərs keçirlər. Hansısa müəllimin birdən-birə işdən çıxarılmasının qətiyyən əleyhinəyəm. ADNSU spesifik universitetdir. Orada mütəxəssis hazırlanır. İndiki dövrdə mütəxəssis hazırlığı çox çətindir. Bunu nəzərə almaq lazımdır. Universitetdə ailə çətəsi qurmaq, yerlipərəstlik, ruspərəstlik yolverilməzdir. Mən kəskin şəkildə əleyhinəyəm. Universitet çox həssas təchizatdır. Çünki orada gələcəyin mütəxəssisləri hazırlanır. Çox təəssüflər olsun ki, bizim bir çox universitetdə belə hallar açıq şəkildə müşahidə olunur. Hətta mən ad da çəkə bilərəm. Azərbaycan Dövlət Pedaqoji Universitetində də bu hallar var. Özəl ali məktəblərin hamısı ailə universitetləridir. Sanki bu bir həqiqətə çevrilib ki, özəl məktəblərin, ali məktəblərin rektorları qohumlarını, övladlarını vəzifələrə çəkməlidirlər. Bu qarşısıalınmaz bir prosesə çevrilib”.

Bunun qarşısını almaq mümkün deyilmi? nə təklif edərsiniz?

“Bunun qarşısını almaq üçün ictimai nəzarətin güclənməsini, eyni zamanda ali məktəb müəllimlərinin bu proseslə bağlı sosial şəbəkələrdə onlar öz münasibətlərini bildirməlidirlər ki, onların səsi Elm və Təhsil Nazirliyinin rəhbərliyinə çata bilsin.


ADNSU-nun fəlsəfə kofedrasından bir müəllim mənə açıq məktub yazmışdı. Onu da qanunsuz şəkildə Mustafa Babanlı işdən çıxarmışdı. Qadın psixi sarsıntı keçirib xəstəlik tapmışdı bu haqsızlığa görə. Həmin qadın Təhsil Nazirliyinə 30-dan çox məktub ünvanlayıb. Bunların heç birinə baxılmayıb. Quruma rəhbərlik edən ali məktəblərə, akademiyanın institutlarına Elm və Təhsil Nazirliyi hətta xadimənin də ərizəsinə baxılmamış qalmamalıdır. Mən düşünürəm ki, Elm və Təhsil Nazirliyi təcili olaraq buna müdaxilə etməlidir. Vazeh müəllim bu problemlərin qarşısını almalı, həmin müəllimlərin hüquqlarını bərpa etməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Yanvar 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri