Icma.az
close
up
RU
Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar FOTOLAR

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda hər gün dələduzluğun yeni növləri ortaya çıxır. Rəsmi qurumların xəbərdarlığına baxmayaraq, bu qədər aldadılan şəxslərin başına gələnlərdən nəticə çıxarmayaraq yenə də aldananlar var.

"Cebheinfo.az" xəbər verir ki, aldadılanlar sırasında ən çox asan yolla kredit və qazanc əldə etmək istəyənlər gəlir.

Son zamanlarda ortaya çıxan dələduzluq növlərindən biri də bank olmayan kredit təşkilatlarının adından gələn mesajlardır.

Vətəndaşlardan biri də belə aldadılıb. Belə ki, özünü NOVA adlı bank olmayan kredit təşkilatının əməkdaşı kimi təqdim edən və Məmmədov Həsən Rafiq oğlu olduğunu deyən şəxs vətəndaşı aldadıb.

Bu şəxsiyyət vəsiqəsinin sahibinin həqiqətən də dələduzluq əməli törədən şəxs olub-olmadığını dəqiqliklə demək olmaz. Amma dəqiq olan budur ki, vətəndaşı aldadaraq ondan müəyyən məbləğdə pul alıb.

Vətəndaşa kredit şərtlərini izah edən həmin şəxs sığorta haqqı və rəsmiləşdirmə haqqı olaraq 65 və 80 manat rüsumu başdan ödəməli olduğunu deyir. Bu məbləğləri ələ keçirdikdən sonra nömrəni bloklayaraq yoxa çıxır.

Əslində bu mesajlara və vədlərə inanmamağın çox asan yolları var.

Bəzi diqqət edilməsi lazım olan məqamları təkrarlayaq:

- Şəxsi nömrələrdən gələn kredit təklifləri real deyil.

- Sizə təqdim etdiyi mesajlara diqqət edin. Yazılan mesajların, göndərilən sənədlərin saxta və qeyri-peşəkar şəkildə hazırlandığını görmək çox asandır.

- Ən əsası da Mərkəzi Bankın sədrinin adından hazırlanmış rəsmi sənədlərdə belə bu qədər orfoqrafik səhvlərin olması diqqətinizi çəkməlidir.

- Sizdən israrla rüsum tələb edilməsi dələduzluq cəhdidir.

- Hansısa bir nəfərin şəxsi kart hesabını sizə göndərərək ödənişi (sığorta və ya rəsmiləşdirmə adı ilə) həmin karta etməyinizi tələb etməsi ən şübhəli məqamlardan biridir.\Musavat.com

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see234

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see208

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see190

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see171

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see147

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see134

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see128

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri