Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BMUda olublar AZƏRTAC

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BMUda olublar AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xırdalan, 19 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, öncə universitetin binasında Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyulub, Ulu Öndərin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Şura üzvləri ilə keçirilən görüşdə rektor Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və ali məktəbin yaranması, strukturu, inkişafı üçün atılan addımlarla bağlı ətraflı məlumat verib. Rektor son illərdə aparılan islahatların müsbət nəticələrinə toxunaraq universitetin builki tələbə qəbul planındakı artımı, açılan yeni ixtisaslar üzrə yerlərin tam dolmasını, BMU-nu seçən yüksək bal toplamış abituriyentlərin və əcnəbi tələbələrin sayındakı müsbət dinamikanı diqqətə çatdırıb. Universitetin beynəlxalq əlaqələrindən də bəhs edən Yaqub Piriyev ötən ay açıqlanan “QS dayanıqlılıq reytinqi 2025”də BMU-nun ilk dəfə yer aldığını, bununla yanaşı, Avropanın ən yaxşı ali təhsil ocaqlarının reytinqində 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəldiyini deyib.

Görüşdə çıxış edən İctimai Şuranın sədri Hikmət Əlizadə BMU-da tədris və təcrübənin bir arada olmasını, tələbələrin müasir bacarıqlarının inkişaf etdirilməsi üçün yaradılan şəraiti, müasir laboratoriyaların mövcudluğunu yüksək qiymətləndirib. Hikmət Əlizadə universitetdə son zamanlarda görülən işlərin ictimai rəydə müsbət qarşılandığını deyərək BMU-da tədrisin keyfiyyətinin daha da yaxşılaşmasını, tələbəyönümlü layihələrə diqqətin artırılmasını, ali məktəbin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmlənməsini böyük nailiyyət adlandırıb.

Sonra İctimai Şura üzvləri ilə ali təhsilin bugünkü hədəfləri, yeni çağırışlara cavab verməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, Şura üzvlərinin bir sıra məqamlarla bağlı suallarına aydınlıq gətirilib.

Müzakirələrin ardınca İctimai Şura üzvləri universitetin Kibertəhlükəsizlik, həmçinin digər laboratoriyalarına, o cümlədən Texnoparkına baş çəkib, burada yaradılan şərait və tələbələrin startapları ilə yaxından tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri