Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri Elnur Əliyev kimdir? “Eşqi Bağırovu da vəzifəsindən azad etdirəcək”

Elm və Təhsil Nazirliyində əsas qruplaşma rəhbəri Elnur Əliyev kimdir? “Eşqi Bağırovu da vəzifəsindən azad etdirəcək”

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ötən həftə Elm və Təhsil Nazirliyində çox ciddi səs-küyə səbəb olan kadr dəyişikliyi baş verib. Emin Əmrullayevin köməyi və şəxsi dəstəyi ilə Nazirliyə gələn, BMT-nin Beynəlxalq Əmək Təşkilatında çalışan tələbə yoldaşı Elnur Nəsibov və Peşə Təhsili Agentliyinin rəhbəri Ceyhun Kərəmov guya öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunub. Əslində isə işdən getdilər. Təhsilin İnkişafı Fondu, təhsil nazirinin müşaviri və mətbuatla, ictimaiyyətlə əlaqələr sektoru kimi bir çox sahələr Elnur Nəsibovun kurasiyasında idi. Maraqlıdır, necə oldu, nə baş verdi ki, Emin Əmrullayev ən yaxın dostlarından biri Elnur Nəsibovu bu işdə necə qurban verdi?”
Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
“Elm və Təhsil Nazirliyində ciddi mövqe müharibəsi gedir. Büdcəni “yemək” üçün ciddi mübarizələr aparılır. Nazirlikdə bir neçə qruplaşmalar var. Bunların arasında ən güclü, əsas fiqur Elnur Əliyevdir. Zaman-zaman bütün agentlikləri ələ keçirir. Nazirlikdə dörd agentlik var. Niyə Elnur Əliyev Təhsil İnstitutuna gəldi? Çünki Əmrullayev İnstitutun rəhbəri olduğu müddətdə layihələrdə xeyli neqativlər var idi. Əmrullayev Əliyevi İnstituta gətirdi ki, neqativlərin üstü açılmasın, həm də “işlərinə” davam etsinlər. Sonra Elnur Əliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyini ələ keçirdi. Xüsusilə, Ülkər Səttarova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə getdikdən, Mehriban Vəliyeva deputat seçildikdən, Orxan Abbasov icra başçısı təyin edildikdən sonra Elnur Əliyev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyini ələ keçirdi. Hücum artıq Peşə Təhsili Agentliyinədir. Bildiyiniz kimi, Elnur Nəsibov da Peşə Təhsili Agentliyindən gəlmişdi. Əliyev Peşə Təhsili Agentliyini ələ keçirdi. Bundan sonra Eşqi Bağırov qalıb, tezliklə onun  da işdən azad olunması gözlənilir. Çünki Elnur Əliyev öz kadrlarını müavin kimi yerləşdirib. Artıq bir neçə regional idarənin rəisi Elnur Əliyevin kadrıdır. Təlimçiləri də öz kadrları hesab edir. Hazırda regionlarda direktorlar, vəzifədə irəli çəkilənlər də əsasən təlimçilərdir. Bax belə, şəbəkə böyüyür...” – o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see351

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see181

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see169

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see168

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see162

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see155

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see136

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see136

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see135

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see135

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see132

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see130

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see130

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see129

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see125

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see120

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see120

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri