Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyində yarpaq tökümü: “İnanmıram Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü vəzifədən getsin”

Elm və Təhsil Nazirliyində yarpaq tökümü: “İnanmıram Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü vəzifədən getsin”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təhsil sahəsində fəaliyyət göstərən iki mühüm vəzifəli şəxsin - Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun işdən çıxarılması müzakirələr doğurub.

“12 ilə yaxın Elm və Təhsil Nazirliyində işləmişəm, sistemi yaxşı bilirəm. Bundan başqa, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü olmuşam. Bu sahə ilə bağlı müəyyən məlumatlarım var. Heç inandırıcı görünmür ki, Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü şəkildə həmin vəzifələrdən getsin. Nəsə baş verir, amma detalları açıqlamır, bəzi məsələləri demək istəmirlər. Heç kim rahat vəzifədən könüllü getməz. Bu, bi mənalı belədir".

Bunu “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev deyib. pizza

O əlavə edib: "Onlar haqqında müsbət sözlər deyilir, çalışqan olduqları bildirilir.  Amma Emin Əmrullayevlə işləmək, nə qədər cəhd etsən də, mümkün deyil. Çünki idarəetmə qabiliyyəti yoxdur. Sistem tamamilə sıradan çıxıb. Emin Əmrullayev nazirliyi təkbaşına idarə edir.

Görün onun neçə müavini var, nə qədər aktivdirlər. Ümumiyyətlə, cəmiyyətdə onların hansı sahə ilə məşğul olduqları haqda məlumat varmı? İnanmıram olsun. Yeganə nazirdir ki, kollegiya iclasları keçirmir. Əslində, kollegiya nazirliyin əsas orqanlarından biri olmalıdır. Kollektiv qərar qəbul etmək üçün bu təsisat bütün dövrlərdə çox aktiv çalışmalıdır. İndi sanki bu qurum yoxdur.

Düşünürəm ki, nazirliyin özündə də, nazir də daxil olmaqla, səriştəsiz kadrlar var. Onlar Azərbaycan təhsilinin geriləməsinə xidmət edirlər. Ona görə də yeni kadrların gətirilməsi vacibdir.

Nazirlikdə çalışan Elvin Rüstəmov adlı şəxs neçə illərdir məktəbin qrant layihələrinə nəzarət edir. Həmin layihələri araşdırsınlar ki, hansı birinin əhəmiyyəti olub?”

E. Əliyev təhsil sahəsində işləyən bir neçə şəxsi ad çəkmədən hədəfə alıb:

“Təhsil İnstitutunun direktoru eyni zamanda iki vəzifəni icra edir. Təhsil şöbəsinin müdiri vəzifəsini də həmin şəxs icra edir. Belə zarafat olar?!

Təlimlərə milyonlarla manat ayrılır. Bu vəsaitlər mənimsənilir. Yəni ayrılan pullar öz adamlarına verilir, təlimlərə formal şəkildə xərclənir. Nəticə etibarilə Azərbaycan təhsilini bərbad vəziyyətdə görürük. Təhsilimizin bugünkü mənzərəsi göz önündədir.

Vüsal Xanlarov adlı biri var. Məhdud Məsuliyyətli Cəmiyyət rəhbəridir. Bütün qrant layihələr ona verilir. Özü də iqtisadçıdır. Çalışdığı sahəyə heç bir aidiyyəti yoxdur”.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri