Icma.az
close
up
RU
Elman Nəsirli: “Ermənistanla sülh müqaviləsi üçün etimad mühiti artıq formalaşır”

Elman Nəsirli: “Ermənistanla sülh müqaviləsi üçün etimad mühiti artıq formalaşır”

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin deputatı Elman Nəsirli parlamentin iclasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesini dəyərləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, indiyə qədər bu qədər yaxın olmadığımız bir mərhələyə gəlib çıxmışıq və 2026-cı ildə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına böyük ümidlər bəslənir.

“Sülh müqaviləsinin imzalanması üçün ilkin şərt etimad mühitinin formalaşdırılmasıdır. İki xalq və iki dövlət arasında etimad yaranırsa, sülh mümkündür. Olmazsa, sülhdən söhbət gedə bilməz”, – deyə Elman Nəsirli vurğulayıb.

Deputat çıxışında Azərbaycan Prezidentinin Qazaxıstana səfəri zamanı atılan sülh təşəbbüslərini də xatırladıb:

“Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması ilə bağlı qoyulmuş məhdudiyyət aradan qaldırıldı və ilk addım kimi Qazaxıstan buğdasının ölkəmizin ərazisindən keçməklə Ermənistana çatdırılması reallaşdırıldı. Qarşılığında isə Ermənistan baş naziri Nikol Paşinyan, Tiflisdə keçirilən İpək Yolu Forumunda, Türkiyədən Azərbaycana gələn maşınların Ermənistan ərazisindən keçməsinə heç bir məhdudiyyət qoyulmayacağını ifadə etdi”.

Elman Nəsirli həmçinin vətəndaş cəmiyyəti institutlarının sülh prosesində roluna diqqət çəkib:

“Azərbaycan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə Ermənistanın analoji qurumları arasında görüşlər təşkil edildi və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı müzakirələr aparıldı. Bu ənənə bundan sonra da davam etdiriləcək”.

Deputat bildirib ki, bütün bu sülh təşəbbüslərinin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir və onun siyasəti artıq müsbət nəticələrini verməkdədir:

“Cenevrədə parlament sədrimizin Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi görüş, aparılan danışıqlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üçün əsas şərt olan etimad mühitinin formalaşdırılmasına xidmət göstərir”.

Aidə Qurbanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri