Icma.az
close
up
RU
Elman Nəsirov Azər Badamovun geri qaytarılmasından danışdı: “İki nəfər yaxınlaşıb dedi ki...”

Elman Nəsirov Azər Badamovun geri qaytarılmasından danışdı: “İki nəfər yaxınlaşıb dedi ki...”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. 

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz vilayətin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib. 

Həmi səfərdə iştirak edən deputat Elman Nəsirov yaranmış insidentə münasibət bildirib. O, "Cebheinfo.az"-a açıqlamasında səfər zamanı həmkarı, deputat Azər Badamovun Moskva hava limanında saxlanılaraq Rusiyaya girişinə qadağa qoyulmasına dair təfərrüatları bölüşüb: 

"Biz Həştərxana rəsmi dəvət əsasında getmişdik. Səfər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak məqsədi daşıyırdı. Dəvət Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin rəhbəri Denis Afanasyevdən gəlmişdi", – deyə deputat bildirib. Elman Nəsirovun sözlərinə görə, Moskvada ilkin keçiddə heç bir problem yaşanmayıb: 

“Pasport nəzarətindən problemsiz keçdik. Hər şey qaydasında idi. Sonra Sərhəd Mühafizə Xidmətindən iki nəfər yaxınlaşdı və bildirdilər ki, STOP qeydi var və dəqiqləşmə aparılmalıdır. Azər müəllim özü də dedi ki, cəmi 10 gün əvvəl Dağıstanda səfərdə olub və heç bir problem yaşamayıb. Bu dəfə nə dəyişdi?”

Elman Nəsirov, həmçinin qeyd edib ki, Azər Badamov Rusiya ilə parlamentlərarası dostluq qrupunun və MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür: 

“Biz irad bildirdik, dedik ki, bu, hansı anlaşılmazlıqdır? Cavab verdilər ki, texniki səhv ola bilər. Amma bir neçə dəqiqə sonra dedilər ki, bu, guya təhlükəsizliklə bağlı məsələdir və Azər Badamov geri qayıtmalıdır. Lakin konkret izahat verilmədi. “Təhlükəsizlik deyəndə nəyi nəzərdə tutursunuz?” sualımıza da cavab ala bilmədik”. Deputat onu da vurğulayıb ki, Həştərxanda nümayəndə heyəti yüksək səviyyədə qarşılanıb: 

“Həştərxan vilayətinin hökumət rəhbəri bizi birbaşa hava limanında qarşıladı. Baş nazir səviyyəsində diqqət və qayğı hiss etdik. Tədbirlər planımız var, diaspor nümayəndələri ilə görüşlər, ağacəkmə aksiyası, şəhər meri və Ulu Öndər Heydər Əliyevin adını daşıyan məktəbdə şagirdlərlə görüş nəzərdə tutulub. Haziırda bu tədbirlərdyəm. 

Biz bu səfəri Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun şəkildə həyata keçiririk. Ona görə də bu insident bizim üçün təəssüf doğuran anlaşılmazlıqdır. Xarici İşlər Nazirliyimiz artıq məsələyə münasibət bildirib.” E.Nəsirov sonda vurğulayıb ki, məsələ ciddi şəkildə araşdırılmalı və cavab verilməlidir: 

“Milli Məclis də bu məsələyə münasibət bildirməlidir. Hesab edirəm ki, konkret və məntiqli cavab verilməlidir. Çünki artıq səfirliyimiz Rusiya Xarici İşlər Nazirliyinə rəsmi müraciət edib. 

Hadisə bazar gününə təsadüf etdiyindən, rəsmi cavab alınmayıb. Amma yeni iş həftəsi başlayıb və yaxın günlərdə bu məsələ ilə bağlı daha aydın mənzərə yaranacağına inanıram. Əgər cavab məntiqli və qənaətbəxş olmazsa, adekvat addımların atılması istisna deyil”. 

Səbinə Uğur 
"Cebheinfo.az"

 

Açar sözlər: Elman Nəsirov Azər Badamov Həştərxan Moskva hava limanı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri