Icma.az
close
up
RU
Elman Nəsirov: Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir.

Elman Nəsirov: Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir.

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"2025-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı bəzi deputatların müəyyən məsələlərlə bağlı səsləndirdikləri fikirlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinə və fəlsəfəsinə uyğun gəlmirdi, həmin siyasətlə ziddiyyət təşkil edirdi".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son 21 il ərzində Azərbaycan böyük bir inkişaf yolu keçib:

"Bu gün Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var. Ölkəmizə böyük etimad göstərilir. Azərbaycan COP29 tədbirinə ev sahibliyi etdi. 200-ə qədər dövlətin dəstəyi ilə bu tədbiri keçirdik. Yekdil rəylə Azərbaycan ev sahibliyi etməyə layiq görüldü. Ən yüksək səviyyədə tədbir keçirildi. 13 gün tarixə yazılacaq günlər idi. Bu 10 il ərzində Paris Sazişinin 6-cı bəndi ilə bağlı razılaşma əldə edilə bilmirdi. Məhz Azərbaycanın paytaxtında razılaşma əldə edildi. Eyni zamanda 300 milyard dollar hər il inkişaf etmiş dövlətlər inkişaf etməkdə olan dövlətlərə vəsait ayıracaqlar ki, iqlim dəyişikliyi problemi ilə mübarizə aparsınlar. Bütün bunlar tarixi nəticələrdir. Azərbaycan ləyaqətli dövlət olduğunu ortaya qoyub, tarixi zəfərə imza atıb, ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. Ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında dərinləşən islahatlar kursu həyata keçirilib. Bu gün hər kəsə bəllidir ki, cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi məsələləri dayanır. Eyni məntiqlə 2025-ci ilin büdcəsində də əvvəlki büdcələrdə olduğu kimi birinici yerdə insanların sosial rifahı ilə bağlı məsələlər öz əksini tapıb. 2025-ci il büdcəsinin 41%-i, yəni 17 milyard manat məhz sosial sahəyə ayrılıb. Bu isə 2024-cü illə müqayisədə 1 milyard 400 milyon çox rəqəmdir. Yaxud 8,8% artıqdır. Eyni zamanda əhalimizin təhlükəsizliyi ilə bağlı məsələlər müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını tələb edir. 2025-ci ildə müdafiə xərclərimiz 8,4 milyard manat olacaq. Bu, bütün büdcə xərclərinin 20,3%-i deməkdir. Bunların hamısı Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi naminə edilir. Bu siyasətin müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Bütün bu reallıqlar fonunda bəzi deputatların adekvat olmayan davranışları, ayrı-ayrı problemləri şişirib, milçəkdən dağ icad etmələri düzgün yanaşma deyil. Məsələləri elə təqdim edirlər ki, sanki Azərbaycada bütün bunlar yoxdur. Haqlı olaraq parlamentin sədri hörmətli Sahibə xanım Qafarova sərt, prinsipial, qətiyyətli mövqeyini ifadə etdi, iradını bildirdi. Dövlətimizin cənab Prezidentin rəhbərliyi altında qazandığı tarixi uğurlar, nailiyyətlər fonunda Azərbaycanda problemləri bu qədər şişirmək, əldə edilmiş heç bir nailiyyətin adını çəkməmək, ona toxunmamaq, görməzdən gəlmək qəbuledilməzdir. Həqiqətən, mən də parlamentin Yeni Azərbaycan Partiyasını təmsil edən deputatı olaraq hesab edirəm ki, xanım sədrin mövqeyi tamamilə reallığı əks etdirir. Bu və ya digər məsələdən danışarkən obyektiv, ədalətli olmaq, haqqı söyləmək lazımdır. Ayrı-ayrı detallara fokslanıb, qazanılmış uğurların üzərindən xətt çəkmək deputat adına yaraşan məsələlər deyil. Deputatlar xanım sədrin iradlarını qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bu gün fəxrlə Milli Məclisin deputatı adını daşımalıdırlar, çünki onların bu gün mənsub olduqları, deputatı olduqları dövlət, onun ali siyasi rəhbərliyi tarixi nailiyyətlərə imza atıb. Onlar bununla qürur duymalıdırlar. Təəssüf ki, bəzi deputatların plenar iclasdakı davranışları və çıxışları bu reallıqla ziddiyyət təşkil edir".

Aytəkin Qardaşova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Noyabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see166

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see148

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see134

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see133

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see133

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see131

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see129

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see129

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see127

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see127

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see126

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see126

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see123

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see120

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri