Icma.az
close
up
RU
Elman Nəsirov: “Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi ünsürlər həyəcan içindədirlər, mənasız, boş boş vəsiyyət də elan edirlər…”

Elman Nəsirov: “Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi ünsürlər həyəcan içindədirlər, mənasız, boş boş vəsiyyət də elan edirlər…”

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Xarici ölkələrdə məskunlaşıb,  özünü "siyasi bloger" kimi təqdim edən, əslində isə mahiyyət etibarilə öz dövlətinə, xalqına qarşı dönüklük və satqınlıq yolunu seçmiş Tural Sadıqlı və onun kimilər Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Qanunun sərt dili ilə cəzalandırılacaqlar. Mühacirlər Azərbaycana gətiriləcəklər, bu proses hüquqi yolla tənzimlənəcək. Artıq Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə onlara qarşı Baş Prokurorluq cinayət işi açıb. Onların Azərbaycana gətirilmələri ilə bağlı hüquqi prosedurlar həyata keçirilir. Bu gün bu prosedurlar bir qədər də intensivləşib. Nəzərə alsaq ki, Avropa ölkələrinin əksəriyyəti ilə Azərbaycanın münasibətləri xeyli yaxşılaşıb. Xüsusilə, Fransa ilə münasibətlərimizdə müəyyən anlaşılmazlıqlar var idi. İndi isə görürsünüz, Prezident Emmanuel Makron cənab İlham Əliyevə necə yaxınlaşır, onunla söhbət etmək, xoş münasibətdə olmaq istəyir. Bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə çox böyük nüfuza sahib olması ilə bağlıdır. Miqyasından asılı olmayaraq istənilən Avropa dövlətinin lideri Azərbaycan Prezidenti ilə təmasa böyük məmnuniyyətlə gəlir. İnanın ki, bu görüşlərin əksəriyyəti onların təşəbbüs ilə baş verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, dünya sürətlə dəyişməkdədir və  dəyişən dünyada Azərbaycanın yeri, rolu, çəkisi xeyli artıb: “Bunu görməmək mümkün deyil. Yəqin, hiss edirsiniz, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi ünsürlər, məxluqlar həyəcan içindədirlər. Onların son çıxışlarına baxın. Artıq onlardan biri vəsiyyət də elan edir. Mənasız, boş-boş vəsiyyət… Sadəcə, gülüş obyektinə çevrilirlər. Hamımız da şahidlik edəcəyik ki, onlar bizim qanunvericiliyimizə müvafiq olaraq layiqli cəzalarını alacaqlar. Sizi inandırıram ki, artıq bu ünsürlər əvvəllər bu həqiqətə inanmaq istəmirdilərsə, son zamanlar inanmağa başlayıblar. Həyəcan, təlaş onların nitqlərində, baxışlarında da ifadə olunmaqdadır. Düz edirlər, düz başa düşüblər. İnanıram, buna 100% əminəm ki, onlar Azərbaycana gətiriləcəklər”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see236

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see181

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see155

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see132

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri