Icma.az
close
up
RU
Elman Nəsirov: “Xanlar Vəliyev Konstitusiya Məhkəməsinə hakim təyin olunarsa, bu, Azərbaycanda hüquq sisteminin inkişafına xidmət göstərəcək”

Elman Nəsirov: “Xanlar Vəliyev Konstitusiya Məhkəməsinə hakim təyin olunarsa, bu, Azərbaycanda hüquq sisteminin inkişafına xidmət göstərəcək”

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabiq hərbi prokuror Xanlar Vəliyevin də Konstitusiya Məhkəməsinə hakim təyin olunacağı barədə məsələlər ətrafında sosial şəbəkələrdə müzakirələr gedir. Əvvəla, Xanlar Vəliyev kifayət qədər təcrübəli və peşəkar hüquqşünasdır. Həm nəzəri, həm də praktiki bilik və vərdişlərə malikdir. Konstitusiya Məhkəməsinə hakim təyin olunarsa, bu, Azərbaycanda hüquq sisteminin inkişafına xidmət göstərəcək. Bu mənim mövqeyimdir. İkincisi, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin olmasında heç bir qanuna zidd hərəkət yoxdur. Konstitusiya Məhkəməsinin hakimlərinin yaş həddi 70 yaşdan 75 yaşa qaldırılıb. Bu da məhz qanun çərçivəsində həllini tapmış məsələdir. Kimlər ki ağız büzür, məsələ ilə bağlı fərqli, subyektiv mülahizələrlə çıxış edir, onlara demək istəyirəm ki, ABŞ özünü demokratiyanın beşiyi hesab edir. Bir çox hallarda ayrı-ayrı ölkələr ABŞ-dən nümunə götürürlər. ABŞ-də Ali Məhkəmənin sədrini və digər üzvlərini də Prezident təyin edir, senatda təsdiqlənirlər. Onların sayı bütövlükdə 9 nəfərdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.

“ABŞ-də 1789-cu ildə bu dövləti yaradan "atalar" qərara gəliblər ki, Ali Məhkəmənin hakimləri ömürlük olsun. Təsəvvür edin, ABŞ-də Ali Məhkəmənin hakimləri 30-35 il vəzifələrini icra edirlər və ömürlükdürlər. Azərbaycan isə ömürlük deyil. ABŞ-ni nümunə gətirdik. Müqayisə edin ki, Azərbaycanda maksimum 75 yaşına qədər Ali Məhkəmənin hakimi olmaq olar. ABŞ-də isə əbədi. Buna görə də tənqid edəndə arqumentlərə, faktlara, dünya praktikasına, bu sferada böyük təcrübəyə malik dövlətilərin nümunəsinə baxın, sonra fikir səsləndirin. O cəmiyyət uduşlu vəziyyətdə olur ki, orada gənclərlə yaşlı insanların bir-birinə ötürəcəkləri məsələlər olur. Gənc nəslin özünəməxsus enerjisi var. Harmoniyanın olması cəmiyyət üçün olduqca faydalıdır. Gəlin, qanuna hörmətlə yanaşaq,  qanunu sevək. Qanun hər şeyin fövqündə dayanmalıdır. Təkrar edirəm, qanuna görə, 75 yaşa qədər Konstitusiya Məhkəməsinin hakimi olmaq olar”, - deputat bildirib.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see125

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see120

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see119

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see118

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see117

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see116

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see115

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see115

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see114

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see113

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see113

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see112

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see112

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see112

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see111

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see111

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see110

Daxildə Birlik, Xaricdə Etibar Azərbaycanın Müstəqillik Formulu

30 May 2025 11:45see110

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri