Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın basdırdığı minalarının “kütləvi qırğın silahı funksiyası daşıdığını” bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi
sosial şəbəkədə yazıb.“Azərbaycanda mina terroru qalmaqdadır”, – o qeyd edib. Hikmət Hacıyevin sözlərinə görə, 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.
“Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı qəsdən və hər tərəfdə basdırılıb. Bir çox hallarda minalar hər hansı hərbi zərurət olmadan – yalnız mülki şəxsləri hədəf almaq və məcburi köçkünlərin öz ata-baba torpaqlarına təhlükəsiz qayıdışını qəsdən gecikdirmək üçün qoyulub. Bu xüsusda, minalar kütləvi qırğın silahı funksiyası daşıyır və ciddi təhlükə yaradır”, – o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 31 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















