Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

“Elman Rüstəmovun bankı”nda nə baş verir?

“Elman Rüstəmovun bankı”nda nə baş verir?

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mətbuatda tez-tez Mərkəzi Bankın sabiq sədri “Elman Rüstəmovun bankı” kimi təqdim olunan “Bank Respublika”nın 2025-ci ilin ilk doqquz ayı üzrə maliyyə hesabatı açıqalnıb.

Hesabatdan və göstəricilərin ötən ilki dövrlə müqayisəsindən bankın ciddi problemlərinin olduğu qənaəti yaranır.

Belə ki, hesabata görə, bankın vaxtı keçmiş problemli kreditləri ötən ilin müvafiq dövrü ilə müqayisədə birdən-birə iki dəfə artıb. 2025-ci ilin 9 ayına görə vaxtı keçmiş kreditlərin həcmi 19 milyon 667,26 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Qeyd edək ki, adətən banklar hər zaman problemli kreditlərin həcmini rəsmi hesabatlarında real göstəricidən xeyli aşağı göstərməyə çalışırlar. Çünki məhz problemli kreditlərin çoxluğu istənilən bankın tənəzzülünün, böhranının ilkin, əsas əlaməti sayılır. Əgər belədirsə, sözügedən bankda hətta rəsmi hesabata görə belə problemli kreditlərin kəskin şəkildə, sürətlə artması təhlükəli tendensiya kimi görünür. Bu, həmçinin bankın kredit siyasətinin qüsurlu olduğu və özünü doğrultmadığı qənaəti yaradır.

Görünür, bu siyasətin nəticəsidir ki, bankın faiz xərcləri də sürətlə artır. Belə ki, 2025-ci ilin 3 rübündə bank 90 milyon 839 min manat faiz ödənişi həyata keçirib. Bu, ötən illə müqayisədə 43,76% çoxdur. Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 3 dəfə artaraq 46 milyon 214 min manata çatıb. Bu, bankın maliyyə yükünün və borclarının kəskin artdığını göstərir. Özü də maraqlıdır ki, bütün bunlar bankdan ciddi əmanət axını fonunda baş verir. Belə ki, ilk 9 ayda fiziki şəxslərin bankdakı əmanətləri kəskin azalıb, bankdan xeyli vəsait çıxarılıb.

2024-cü ilin müvafiq dövründə fiziki şəxslərin yerləşdirdiyi depozitlərin həcmi 649 milyon 867 min manat olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 50 milyon manata yaxın – 47.4 milon manat azalaraq, 602 milyon 476,18 min manat təşkil edib. Bu, 7,3% azalma deməkdir.

Yəni, bir yandan banka cəlb edilən əmanətlərin məbləği azalır, digər yandan əmanət faizlərinə görə ödənilən məbləğ artır. Bu isə əlbəttə ki, ürəkaçan mənzərə sayıla bilməz. Özü də əmanətlərin azalması təkcə fiziki şəxslərlə bağlı deyil. Bankın nağd pul vəsaitləri də əhəmiyyətli şəkildə azalıb. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 175 milyon 432,19 min manat və ya 32,2% azalaraq 368 milyon 841,63 min manat təşkil edib. Əvəzində, bankın ümumi öhdəlikləri – borcları ötən ilin sonu ilə müqayisədə 25,74% artaraq 2 milyard 487 milyon manata çatıb. Bu artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında yaranan borclar hesabına baş verib. Belə ki, bu öhdəliklər 2024-cü ildə 520 milyon 649,73 min manat olduğu halda, 2025-ci ildə 864 milyon manata çatıb. Bu da 343 milyon manat və ya təxminən 66% artım deməkdir. Bu da bankın maliyyə vəziyyəti və öhdəlikləri barədə müəyyən nəticələr çıxarmağa əsas verir…

Xatırladaq ki, bu bankla bağlı Elman Rüstəmovun adı hallandırılsa da, rəsmən “Bank Respublika”nın əsas səhmdarları iş adamı Natiq Quliyev və onun ailə üzvləridir.

“AzPolitika”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Noyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri