Icma.az
close
up
RU
Elmar Baxşıyev: “Bizi tək qoymasınlar”

Elmar Baxşıyev: “Bizi tək qoymasınlar”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya” (Kipr) ilə oyundan öncə mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə sualları cavablandırıb:

– Komanda olaraq sabahkı oyuna hazırlığımız qaydasında gedir. Ən yaxşısını etməyə çalışırıq.

– “Qəbələ”nin baş məşqçisi kimi “Omoniya” ilə oynamısız…
– Tanıdığımız rəqibdir. Amma “Qəbələ” ilə oynadığımız komanda deyil. Fərqli oyun dəst-xətti var. Komanda olaraq rəqibi incələmişik. Düşünürəm ki, lazım olan məlumatları komandaya vermişik.

– Sabah fərqli “Araz-Naxçıvan” görəcəyik?
– Rəqib baş məşqçi nə deyir, özü bilər. Ona cavab vermək fikrində deyiləm. Mən öz komandamın meydançada nə etmək istədiyi haqda danışa bilərəm. Oyuna hazırıq. Qarşımızdakı rəqib özünə hörmət edən rəqibdir. Komanda olaraq, inanırıq ki, uğurlu nəticə qazanmaq mümkündür.

– “Aris”lə müqayisədə “Omoniya”nın hücumları daha kəsərlidir. Kiprdə ən çox qol vuran komandadır. Sabah cəzalı İqor Ribeyro olmayacaq. Müdafiə planında dəyişiklik olacaq? Bəxtiyar Həsənalızadə ilə tandemdə kim oynayacaq?
– Yaxşı analizlər aparırsız. Bunu müsbət kimi dəyərləndirirəm. Rəqibi incələyirsiz. Amma bizim anlayışımızda ilk 11-lik və ehtiyat qüvvə yoxdur. Sərəncamımda olanların hamısı oyuna hazırlaşırlar. Onlar meydançada hər şeylərini verməyə hazırdırlar. Kimin üzərində dayanacağıqsa, komandaya hər şeyini verməyə çalışacaq.

– Sistem dəyişikliyi edəcəksiz?
– Sistem dəyişikliyi təklif edirsizsə, bu fikirdə deyilik (gülür). Rəqibə görə sistemi dəyişmirik. Komanda olaraq öz düşüncələrimiz var ki, onu icra etməyə çalışacağıq.

– “Omoniya” səddini keçsəz, liqa mərhələsinə ümid etmək olar?
– İndi elə mərhələdəyik ki, daha çox Liqa mərhələsini yox, sabahı düşünməliyik. Gəlin, pillə-pillə gedək. Qismətdə vasa, gedib ora çıxacağıq.

– Sabah Naxçıvanda oyun monitorda canlı yayımlanacaq…
– Stadiona gələnlər 12-ci oyunçuya çevrilir. Bizə də səfəröncəsi sual verirdilər ki, Yunanıstanda dolu tribunalar qarşısında komanda necə oynayacaq? Futbolçularım da azarkeş ordusunu hiss etmək istəyirdilər. Azarkeşlərə səslənirəm, sabah bizi tək buraxmasınlar, bizə inansınlar. Komanda olaraq onları sevindirməyə çalışacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Avqust 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri