Icma.az
close
up
RU
Elmar Baxşıyev: İşə statistika ilə yanaşsaq, özümüzü aldatmış olarıq

Elmar Baxşıyev: İşə statistika ilə yanaşsaq, özümüzü aldatmış olarıq

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 7-ci turunda "Liv Bona Dea Arena"da "İmişli"ni 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə qazansaq da, ağır matç oldu. Komanda şəklində yaxşı oyun ortaya qoyduq. Əfsuslar olsun ki, yaratdığımız epizodların hamısından yararlana bilmədik. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna hücum planında daha da yaxşı olacağıq.

- Bu mövsüm üçün hədəfləriniz nədir?

- Bugünkü rəqibimiz çempionatın ən ağır komandalarından biridir. "İmişli" müdafiəni yaxşı quran kollektivdir. Komanda olaraq oyuna hazır idik. Sevindirici haldır ki, futbolçular verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışırdılar. Komandamın tam potensialı bu deyil. Düşünürəm ki, tam heyət olandan sonra daha yaxşı olmaq ehtimalımız çoxdur. Hədəfə gəldikdə, hələ çempionatın əvvəlidir. İndidən hədəf barədə düşünmürük. Yalnız önümüzdəki rəqibi düşünürük. Sağlam bir kollektivimiz var. İnanıram ki, futbolçularım bu il də ortaya yaxşı iş qoyacaqlar.

- Komanda 10 qol vurub, 9 qol buraxıb. Bu statistika sizi narahat edir?

- İşə statistika ilə yanaşsaq, özümüzü aldatmış olarıq. Bəzən statistika heç bir anlama gəlmir. Bu gün oyunu daha rahat bitirə bilərdik. Amma son dəqiqələrə kimi dinamika, həyəcan davam etdi. Mövsümün əvvəlidir, sıxıntıların olması normaldır. Heyətimizə yeni oyunçular qatmışıq. Zamanla daha yaxşı komanda olacağıq.

- Sizcə, "Qarabağ" Çempionlar Liqasında qələbələrin davamını gətirə biləcək?

- "Qarabağ"ın uğuru hamımızın uğurudur. Biz onlara görə sevinirik. Göstərdikləri oyun ümid verir ki, daha artığını edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sport24.az
archiveBu xəbər 03 Oktyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri