Elmar Baxşıyev: “Sabah” yerli şəraitə tez uyğunlaşa bilsə və...
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Vikinq"in bir oyununu izləmişəm. Həmin qarşılaşmada komandanın hücuma çox sürətlə çıxdığı, xüsusilə hücum futbolunda daha təhlükəli olduğu açıq-aydın görünürdü". Bunu Sport24.az-a açıqlamasında "Qəbələ" və "Araz-Naxçıvan" klublarının sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirəcəyi matçdan gözləntilərini bölüşüb:
"Rəqib müdafiədən hücuma keçidlərdə kifayət qədər sürətlidir və bu baxımdan "Sabah" üçün ciddi təhlükə yarada bilər. Norveç klublarını öz meydanlarında daha yaxşı təsir bağışlayırlar. Həm azarkeş dəstəyi, həm süni örtüklü meydança, həm də ən əsası, soyuq iqlim rəqiblər üçün əlavə çətinliklər yaradır. Bütün bu amillər qarşılaşmanın gedişinə təsir göstərə bilər. "Sabah" yerli şəraitə tez uyğunlaşa bilsə və oyunun tempinə nəzarət etməyi bacarsa, uğurlu nəticəyə ümid etmək mümkündür".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Noyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















