Icma.az
close
up
RU
Elmar Baxşıyevin qələbə şərhi: Daha da artığını etmək gücündəyik

Elmar Baxşıyevin qələbə şərhi: Daha da artığını etmək gücündəyik

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Yaxşı, maraqlı, dinamik oyun gördük. Bilirdik ki, rəqib bizə nə sürprizlər hazırlayıb. Yaxşı təşkilatlanmış komandadır, yaxşı futbolçulardır. Amma yenə də komanda şəklində oyuna düzgün yanaşdıq. Layiqli qələbə qazandıq. Bizi daha çox düşündürən özümüzük. Komanda göstərdi ki, həm oyun planında, həm də xarakter baxımından möhkəmdir. Zədəlilərimiz də sıraya qayıtdıqdan sonra daha da yaxşı olacaq".

İdman.biz xəbər verir ki, bunu Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasında II təsnifat mərhələsinin ilk matçında "Aris"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

- İkinci hissədə bir çox qol epizodları var idi. Həyəcanla bağlı idi, yoxsa hazırlığı yaxşı deyildi?

- Ustalıqla bağlı deyil. Futbol emosiya oyunudur. Ola bilər ki, emosiyaları üstün gəldi. O epizodlara komanda girirsə, ona alqış düşür. Qarşımızdakı rəqib yaxşı komanda idi. Oyunçular ən yaxşısını etməyə çalışırdılar.

- Buraxdığımız qol epizodunda penaltinin olub-olmaması açıq mövzudur. Nuno Rodriqeş meydana daxil odlqudan sonra özünü yaxşı göstərdi...

- VAR-ın tərəfdarıyam. Biz də gördük ki, penalti idi. Amma hakim fərqli qərar verdi. Hücumdan da qol buraxdıq. Siz komandanı indi görürsüz, biz 14 günlük toplanışda hiss edirdik ki, xarakteri formalaşdırır. Möhkəm komandamız var. Düşünmürəm ki, bu gün sürpriz etdik. Daha da artığını etmək gücündəyik.

- Hakimin oyunu idarə etməsini necə dəyərləndirərdiniz?

- Hakimliklə bağlı danışmaq istəmirəm. Futbolu qoyub hakimlikdən danışsaq, komandanı unutmuş olacağıq. Özümüzə köklənirik.

- Naxçıvandan azarkeşlər də gəlmişdi oyununuza. Bu haqda fikriniz necədir?

- Bu gün atmosfer yaxşı idi. Azarkeşlər qol buraxandan sonra da komandanı tək buraxmadı, hücuma səsləyirdilər.

- Siz oyundan sevinclə ayrıldız?

- Mən daha çox qələbə yox, futbolçularımın meydandakı tapşırıqları yerinə yetirməyə çalışmaqları maraqlandırırdı. Özlərinə güvənirdilər. Qələbə münasibətilə onları təbrik edirəm. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı matça hazırlaşmalıyıq.

- Türkiyədə toplanış keçdiz, yoxlama görüşləri oynadız. İlk rəsmi oyun idi. Bir ayda görmək istədiyiniz komanda bu idi?

- Tam desəm ki, əla idik, yaxşı idik, yox. Günü-gündən yaxşılığa doğru gedirik. Bu gün meydana çıxan oyunçuların 5-i yeni qoşulub bizə. Günlər keçdikcə, futbolçular da adaptasiyanı daha rahat keçəcək.

- Cavab oyunu ikiqat çətin olacaq. Yunan azarkeşlər çılğın olur. Futbolçuları atmosferə uyğunlaşdırmaq üçün hansı plan var?

- Heyətimiz cavan futbolçulardan ibarət deyil. Avrokuboklarda oynamış, təcrübəyə sahibik. Düşünmürəm ki, səfərdə aura onlara təsir etsin. Komanda şəklində buna da hazır olacağıq.

- Mərhələlər keçsəz, Azərbaycanda hansısa ev oyunun Naxçıvanda keçirmək mümkün olacaq?

- Biz də Naxçıvanda oynamaq istəyirik. Amma bu sual mənə aid deyil. Qərar olacaqsa, oyunlarımızı orada keçirək, komanda olaraq buna sevinərik. Oranın da başqa aurası var, futbolu orada da sevirlər. "Araz-Naxçıvan" çoxlarına sürpriz etdi, avrokuboklara getməklə. İlk qələbəmizi də qazandıq. Pillə-pillə arzulara doğru irəliləyirik.

- Patrik Andrade haqda hansı fikirdəsiz?

- Komandanın aurası sağlamdır. Heyətimizdə bizimlə olan insanlar da onu görür, hiss edir. Yaxşı aura formalaşdırmışıq.Təzyiq yoxdur burada. Komandamızın potensialı bu deyil.

- Bu mövsüm "Araz-Naxçıvan"ı çempionluq uğrunda mübarizədə görə bilərik?

- Çempionata hələ var. Hələ çempionatı fikirləşmirik. Futbolçularım iddialıdırlar, özlərinə güvənirlər. Çempionatda yaxşı iş ortaya qoyacağıq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 İyul 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri