Elmi araşdırma: Bitki həyatı nə vaxt sona çatacaq?
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alimlərin apardığı yeni simulyasiya araşdırması Yer üzündə bitki həyatının maksimum nə qədər davam edə biləcəyini ortaya qoyub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, planetimizdəki son bitki növü təxminən 1,87 milyard il sonra yox olacaq.
Araşdırma "Journal of Geophysical Research: Atmospheres" jurnalında dərc edilib. Astrobioloq və iqlimşünas növbəti 2 milyard il ərzində Yerin iqlimində baş verəcək dəyişiklikləri üçölçülü iqlim modelləri vasitəsilə təhlil ediblər.
Mütəxəssislərin hesablamalarına görə, bu müddətdə Günəş təxminən 20 faiz daha parlaq olacaq. Nəticədə Yer üzündə ya həddindən artıq istilər hökm sürəcək, ya da atmosferdə karbon qazının azalması bitkilərin yaşamasını mümkünsüz edəcək.
Alimlər iki fərqli ssenarini nəzərdən keçiriblər. Birinci ssenaridə karbonun udulması güclü olduğundan atmosferdə karbon qazının miqdarı sürətlə azalır və bitkilər təxminən 1,84 milyard il sonra məhv olur.
İkinci ssenaridə isə karbon qazının səviyyəsi sabit qalsa da, qlobal orta temperatur 65 dərəcəyə yüksəlir. Bu isə quru ərazilərdəki son bitkilərin təxminən 1,87 milyard il sonra tamamilə yox olmasına səbəb olur.
Tədqiqat müəllifləri bildirirlər ki, bu proqnoz bitkilərin indiki xüsusiyyətlərini qoruyacağı fərziyyəsinə əsaslanır. Gələcəkdə baş verə biləcək təkamül prosesləri və ya inkişaf etmiş texnologiyalar bu müddəti uzada bilər.
Alimlər hesab edirlər ki, bitkilərin dəyişən iqlimə uyğunlaşması və ya Yerin süni üsullarla soyudulması kimi ssenarilər onların ömrünü daha da artıra bilər. Buna baxmayaraq, araşdırma göstərir ki, Yer üzündə bitki həyatı ən azı okeanlar mövcud olduğu müddət ərzində davam edə biləcək qədər davamlıdır.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 06 İyul 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















