Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Elmi əməkdaşlıq, milli yaddaş və ziyalı məsuliyyəti

Elmi əməkdaşlıq, milli yaddaş və ziyalı məsuliyyəti

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Professor Kərim Həsənov ilə akademik İsa Həbibbəyli arasında yaranmış səmimi münasibətlər də məhz qarşılıqlı hörmətə, ortaq elmi maraqlara və milli dəyərlərə söykənən belə nümunələrdən biridir. Hər iki alim Azərbaycan tarixinin, milli yaddaşının və mənəvi dəyərlərinin qorunmasını özünün vətəndaşlıq borcu hesab edirdi. Bu baxımdan onların birgə hazırladıqları əsərlər təkcə elmi araşdırma deyil, həm də milli həmrəyliyə çağırış idi.
Professor Kərim Həsənov öz xatirələrində akademik İsa Həbibbəyli ilə həyata keçirdiyi mühüm elmi layihələrdən biri – "Nəsil şəcərəsi" kitabı haqqında xüsusi bəhs edir. O yazır ki, bu kitab üzərində apardıqları araşdırmalar zamanı Əli xanın nəslinin geniş şəcərəsi tərtib edilmiş, həmin nəslin müxtəlif bölgələrə və ölkələrə yayılan qolları araşdırılmışdır.
Professor Kərim Həsənov bu araşdırmanın nəticəsini belə qiymətləndirirdi:
"Mənim İsa Həbibbəyli ilə birlikdə hazırladığım 'Nəsil şəcərəsi' kitabında Əli xan və onun nəsli haqqında araşdırmamızda həmin nəslin törəmələrinin hərəkət sistemini tərtib etmişik. Həmin sxemdən aydın olur ki, Əli xanın nəsli Naxçıvan, Şərur, Bakı, Şəki, Şəmkir, Gədəbəy, Goranboy, Bərdə, İzmir, Urmiyə, Moskva, Qazax... nə bilim, daha haralara gedib çıxır? Belə olan surətdə azərbaycanlılar bir-birinə 'haralısan?' sualı verməlidirmi? Xaricdən xarici qüvvələr parçalayır bizi, daxildən də özümüz. Gərək biz özümüz də bu parçalanmaya mane olaq, bu 'haralısan?' sualını birdəfəlik leksikonumuzdan çıxaraq."
Bu fikirlər professor Kərim Həsənovun təkcə alim deyil, həm də milli birlik ideyasını müdafiə edən ziyalı olduğunu göstərir. Akademik İsa Həbibbəyli ilə birgə apardıqları araşdırma nəticəsində əldə edilən faktlar onları mühüm bir qənaətə gətirmişdi: Azərbaycan xalqının tarixi kökləri, qohumluq əlaqələri və ortaq taleyi regionçuluq düşüncəsindən qat-qat üstündür.
"Nəsil şəcərəsi" kitabı da məhz bu ideyanın elmi ifadəsi idi. Şəcərə araşdırmaları göstərirdi ki, eyni nəslin nümayəndələri zamanla Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də xarici ölkələrə yayılmışlar. Buna görə də insanları yaşadığı bölgəyə görə fərqləndirmək tarixi reallıqla uzlaşmır.
Professor Kərim Həsənovun xatirələrində akademik İsa Həbibbəyli əməkdaşlığının əsasında Azərbaycan tarixinin, milli yaddaşının və mənəvi irsinin qorunmasına xidmət edən ortaq elmi mövqe dayanırdı. Onların birgə araşdırmaları cəmiyyətə mühüm bir mesaj verirdi: Azərbaycan xalqının tarixi gücü onun mənəvi bütövlüyündə, ortaq köklərində və milli həmrəyliyindədir, süni regional bölgülərdə və ya məhəlli təfəkkürdə deyil. Bu baxımdan professor Kərim Həsənov və akademik İsa Həbibbəylinin elmi fəaliyyəti təkcə elmi əhəmiyyət daşımır, həm də milli ideya və vətəndaşlıq düşüncəsinin formalaşmasına xidmət edən mühüm ziyalı missiyasını ifadə edir.
Bu qarşılıqlı elmi ehtiramın və mənəvi bağlılığın ən dolğun ifadələrindən biri akademik İsa Həbibbəylinin professor Kərim Həsənovun vəfatından sonra onun əziz xatirəsinə ithaf etdiyi "Kərim Həsənov (Portret cizgiləri)" kitabıdır. 1996-cı ildə Bakı Dövlət Universitetinin Nəşriyyatında işıq üzü görən bu əsər, mahiyyət etibarilə, yalnız görkəmli bir ziyalının həyat yolunu əks etdirən bioqrafik nəşr deyil. Əsər professor Kərim Həsənovun elmi, maarifçilik, biblioqrafiya və nəşriyyat sahələrində çoxillik fəaliyyətinin sistemli təhlilini aparan, onun Azərbaycan elmi və milli-mədəni fikir tarixində tutduğu yeri konseptual şəkildə dəyərləndirən sanballı elmi-bioqrafik tədqiqat nümunəsidir.
Kitabda Kərim Həsənovun elmi irsi faktoloji materiallar əsasında ümumiləşdirilir, onun Azərbaycan ali təhsilinin, kitab mədəniyyətinin, biblioqrafiya elminin və milli yaddaşın qorunması istiqamətindəki xidmətləri elmi arqumentlərlə əsaslandırılır. Bu baxımdan, əsər yalnız bir ziyalının xatirəsinin əbədiləşdirilməsi deyil, eyni zamanda XX əsr Azərbaycan elm və maarifçilik tarixinin mühüm bir mərhələsini əks etdirən etibarlı elmi mənbə kimi xüsusi əhəmiyyət kəsb edir.
Akademik İsa Həbibbəyli həmin kitabda professor Kərim Həsənovu yalnız peşəkar kitabxanaçı və nəşriyyat təşkilatçısı kimi təqdim etmir. Akademik, Kərim Həsənovun şəxsiyyətini milli azadlıq ideallarına sadiqlik, azərbaycançılıq məfkurəsinə bağlılıq, yüksək vətəndaş məsuliyyəti və maarifçilik missiyası kontekstində təhlil edir. Müəllifin təqdimatında Kərim Həsənov yalnız elmi fəaliyyətlə məşğul olan tədqiqatçı deyil, milli yaddaşın qorunmasını, kitab mədəniyyətinin inkişafını və cəmiyyətin intellektual tərəqqisini həyat amalına çevirmiş klassik Azərbaycan ziyalısı obrazıdır. Məhz bu baxışın nəticəsi olaraq akademik İsa Həbibbəyli onu "azadlıq aşiqi" kimi səciyyələndirir və bu ifadə ilə professor Kərim Həsənovun milli təfəkkürə, dövlətçilik dəyərlərinə və mənəvi ideallara sədaqətini ümumiləşdirilmiş elmi qənaət kimi təqdim edir.
Akademik İsa Həbibbəyli professor Kərim Həsənovun fəaliyyətində xüsusilə onun elmi salnaməçilik və biblioqrafiya sahəsindəki xidmətlərini ön plana çəkir. O qeyd edir ki, Kərim Həsənovun uzun illər ərzində apardığı məqsədyönlü və yorulmaz fəaliyyət nəticəsində “Azərbaycan Dövlət Universiteti alimlərinin elmi əsərləri” 3 cildlik biblioqrafiyasını hazırlayıb nəşr etdirmişdir. Bu kitabda universitet alimlərinin 1969-1978 ci illərdə çap olunmuş elmi əsərlərinin biblioqrafiasına dair göstəricilər öz əksini tapmışdır. Belə bir kitabın hazırlanması, əslində, milli akademik yaddaşın formalaşdırılması istiqamətində həyata keçirilmiş fundamental elmi xidmətdir.
Professor Kərim Həsənovun peşəkarlığını xarakterizə edən ən yaddaqalan qiymətləndirmələrdən biri də akademik İsa Həbibbəylinin "Kərim öz sənətinin kralı idi" fikridir(s.19). Bu ifadə emosional epitet olmaqdan daha çox, onun peşəkar fəaliyyətinin miqyasını və mahiyyətini ifadə edən elmi dəyərləndirmə kimi qəbul edilməlidir. Çünki Kərim Həsənov kitabxana və nəşriyyat işini sadəcə inzibati və ya texniki fəaliyyət sahəsi kimi deyil, milli elmi irsin qorunmasının, intellektual kapitalın gələcək nəsillərə ötürülməsinin və elmi kommunikasiya sisteminin inkişafının əsas institusional mexanizmlərindən biri hesab edirdi. Professorun rəhbərliyi və redaktorluğu ilə işıq üzü görən nəşrlər, biblioqrafik göstəricilər və salnamələr bu gün də tədqiqatçılar üçün etibarlı elmi mənbə kimi indi də öz əhəmiyyətini qorumaqdadır.
Akademik İsa Həbibbəylinin digər mühüm qənaəti isə professor Kərim Həsənovun maarifçilik missiyasının miqyasını daha aydın göstərir. Akademik yazır ki, "Nəslin maarifçilik sahəsindəki bütün dirçəlişini və inkişafını hamıdan çox Kərim müəllimə borcludur." Bu fikir təkcə ailə və ya nəsil daxilində deyil, bütövlükdə milli maarifçilik ənənələrinin yaşadılması istiqamətində professor Kərim Həsənovun rolunun yüksək qiymətləndirilməsidir. O, tarixi sənədlərin, arxiv materiallarının, biblioqrafik məlumatların və şəcərə faktlarının toplanmasını sadəcə elmi maraq kimi deyil, milli yaddaşın qorunmasının mühüm vasitəsi hesab edirdi. Məhz buna görə də onun fəaliyyəti Azərbaycan biblioqrafiya məktəbinin, və milli maarifçilik düşüncəsinin inkişafında mühüm mərhələ təşkil edir.
İsa Həbibbəylinin "İndi nəsildə və dostluq arasında bir ağsaqqal kimi onun yeri görünür. Həmin boşluğu doldurmaq asan olmayacaq" fikri isə professor Kərim Həsənovun yalnız alim kimi deyil, həm də yüksək mənəvi nüfuza malik ziyalı və ağsaqqal kimi cəmiyyətdə tutduğu mövqeyi ifadə edir. Bu qiymətləndirmə göstərir ki, onun nüfuzu elmi fəaliyyət çərçivəsini aşaraq, insanları birləşdirən, mənəvi dəyərləri yaşadan və milli həmrəyliyi təşviq edən ictimai liderlik funksiyasını da əhatə etmişdir. Belə şəxsiyyətlərin cəmiyyət həyatındakı rolu onların yazdığı əsərlərlə məhdudlaşmır; onlar həm də elmi məktəbin, mənəvi mühitin və ziyalı ənənəsinin davamlılığını təmin edən dəyərlər sistemini formalaşdırırlar.
Professor Kərim Həsənovun elmi irsi də onun çoxşaxəli fəaliyyətinin miqyasını aydın şəkildə nümayiş etdirir. O, 15 kitabın müəllifi, 16 elmi jurnal məqaləsinin və 83 qəzet məqaləsinin müəllifi, eyni zamanda 19 elmi əsərin elmi redaktoru olmuşdur. Bu statistik göstəricilər yalnız məhsuldar elmi fəaliyyətin kəmiyyət ifadəsi deyil, bütöv bir ömrün kitab mədəniyyətinə, elmi fikir tarixinə və milli maarifçilik ənənələrinin inkişafına həsr olunmasının bariz nümunəsidir. Onun müəllifi və redaktoru olduğu əsərlər Azərbaycan biblioqrafiyasının, ədəbiyyatşünaslığının, maarifçilik tarixinin və milli-mədəni irsin öyrənilməsi istiqamətində mühüm elmi mənbələr sırasında yer alır.
Akademik İsa Həbibbəylinin professor Kərim Həsənov haqqında irəli sürdüyü mülahizələr bu gün də öz elmi aktuallığını qoruyur. Həmin qiymətləndirmələr göstərir ki, həqiqi ziyalının böyüklüyü yalnız elmi əsərlərinin sayı ilə deyil, milli elmi mühitin formalaşmasına verdiyi töhfə, qoruduğu mənəvi irs, yetişdirdiyi insanlar və cəmiyyətin intellektual inkişafına göstərdiyi təsirlə ölçülür. Professor Kərim Həsənov məhz belə şəxsiyyətlərdən idi. Kərim Həsənovun zəngin elmi və mənəvi irsi Azərbaycan elmi, ali təhsili, biblioqrafiya məktəbi və milli yaddaş tarixində öz əhəmiyyətini qorumaqda davam edir və gələcək nəsillər üçün etibarlı elmi-mənəvi irs kimi yaşayacaqdır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Avqust 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri