Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

AMEA nın elmi əməkdaşlıq istiqamətləri yeni mərhələdə

AMEA nın elmi əməkdaşlıq istiqamətləri yeni mərhələdə

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yunis HÜSEYNOV
Tarix üzrə fəlsəfə doktoru

"Akademiya" sözü geniş anlayış olub, yunan dilində elm, ali təhsil və incəsənət sahələrini əhatə edən elmi mərkəzlər mənasını bildirir. Akademiya termini qədim Yunanıstanda bizim eradan əvvəl 387-ci ildə Afinada təsis edilmiş dünyanın ilk akademiyası hesab edilən Platon Akademiyasının adı ilə elmi dövriyyəyə daxil olmuşdur" (İ.Həbibbəyli, 2025). Ölkəmizdə elmin idarəetmə mərkəzi hesab olunan Milli Elmlər Akademiyasının təşəkkülü ilə fundamental elm sahələrinin inkişafında, elmi kadrların hazırlanmasında, milli elmin hərtərəfli tərəqqisində yeni mərhələ başlanıb. Sonrakı illərdə humanitar, ictimai, ədəbiyyat və mədəniyyət sahələri üzrə elmi istiqamətlərini genişləndirən böyük elm ocağının müstəqillik dövründə struktur və idarəetmə sistemi yenilənmiş, dünya elm məkanına inteqrasiya istiqamətində mühüm addımlar atılmışdır.

AMEA, müstəqil Azərbaycan Respublikasının əsas elmi-tədqiqat qurumu olaraq təkcə region üzrə deyil, həm də qlobal səviyyədə əməkdaşlıqlar qurmağa yönəlmiş elm ocağıdır. Ölkəmiz müstəqillik qazandıqdan sonrakı illərdə və ən son dövrlərdə Azərbaycan elminə dövlət dəstəyinin və Azərbaycan elminin dünya miqyasına inteqrasiyasını öncül hədəflərinə çevirən fədakar elm xadimlərinin səyləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edərək, müxtəlif beynəlxalq elmi təşkilatlara üzv qəbul edilmişdir. AMEA-nın əməkdaşlıq etdiyi Cənubi-Şərqi Asiya (ÇXR, Hindistan, Pakistan, Vyetnam, Cənubi Koreya və s.) regionu ilə əməkdaşlıqlar, elm, mədəniyyət, ədəbiyyat və digər sahələr üzrə inkişaf etdirilməkdədir. Müasir qloballaşan elmi mühitdə Azərbaycan elminin Asiya elmi məkanına inteqrasiyası həm akademik, həm də diplomatik baxımdan mühüm əhəmiyyət kəsb edir.

Məlumdur ki, Cənubi-Şərqi Asiya ölkələri yüksək elmi və təhsil səviyyəsinə malikdirlər. AMEA-nın bu ölkələrlə akademik səviyyədə əlaqələrinin qurulması Azərbaycanın elmi-tədqiqat imkanlarını genişləndirə bilmək potensialına malikdir. AMEA-nın əlaqələri genişləndirməsi istiqamətində elmi bilik mübadilələri aparması, Asiya ölkələrinin elmi nailiyyətlərindən faydalanmaq prinsipinin tətbiqi, mədəni və humanitar dialoqun yaranması, beynəlxalq əməkdaşlıq imkanlarının artması, AMEA-nın beynəlxalq assosiasiyalarda, Asiya elmi qurumlarında üzv olması, regional diplomatiya və elmi diplomatiya aspektlərinin müəyyənləşməsi, elmi əməkdaşlığın dövlətlərarası münasibətlər üçün yumşaq diplomatiya vasitəsinə çevrilməsi kimi mühüm beynəlxalq elmi problemlərin həllində rol oynamaqdadır.

Dünyaca məşhur bir çox elmi təşkilatların üzvü olanAzərbaycan Milli Elmlər Akademiyası Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (Cənubi Koreya, Seul) da üzvüdür. Belə ki, bu qurumlara üzvlük Cənubi-Şərqi Asiya ölkələri ilə əlaqələrin formalaşmasında platforma rolunu oynayır. 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin Türkiyənin Ankara şəhərində Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev ilə işgüzar görüşü, görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq yönündə əlaqədar məsələlərin müzakirə edilməsi bu sahədə atılan ciddi addımlardan hesab olunur. Qarşılıqlı etimad əsasında keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının növbəti illərdə Malayziya və Sinqapur akademiyaları ilə əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının xarici elmlər akademiyaları ilə əməkdaşlıq fəaliyyətində birgə layihələrin və memorandumların əhəmiyyəti müstəsnadır. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Çinin Hebey Sosial Elmlər Akademiyası, Koreya Akademiyası və Vyetnam Sosial Elmlər Akademiyası ilə birgə aparılan layihələr və imzalanan memorandumlar əməkdaşlıqların təməl  və inkişaf prinsiplərini əhatə edir. Memorandumların imzalanması, birgə elmi layihələrin, tədqiqat proqramlarının, konfransların, simpoziumların, seminarların, görüşlərin təşkili, elmi kadrların, nəşrlərin və əsərlərin mübadiləsi əməkdaşlıq və tərəfdaşlıq yönündə atılan addımlara yeni məzmun aşılamaqdadır. Regionlararası müqayisəli elmi araşdırmalar istiqamətində AMEA-nın həyata keçirdiyi "Xəzərdən Çin səddinədək" tədqiqat layihəsi mühüm layihə hesab olunur.

2024-cü il dekabrın 16-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən "Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar" mövzusunda beynəlxalq elmi konfransda Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən gəlmiş tanınmış alimlər, ədəbiyyat, mədəniyyət və elm xadimləri və KİV nümayəndələri iştirak etmişlər. Müxtəlif Asiya ölkələrinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq elmi konfransda Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev və Vyetnam Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien da yaxından iştirak edib. Beynəlxalq elmi konfransda Cənubi Asiya (Hindistan, Pakistan) və Şərqi Asiya (Çin, Koreya, Vyetnam) ölkələrinin ədəbiyyatçıları "Vyetnam ədəbiyyatının inkişaf mərhələləri", "Pakistanda ingilisdilli yazıçılar" və sair maraqlı məruzələrlə çıxışlar etmişlər.

AMEA-da Vyetnam əlaqələrinin araşdırılması istiqamətində bir sıra layihə və nəşr proqramları həyata keçirilir. "Azərbaycan-Asiya ədəbi əlaqələri" mövzusunda elmi məqalələr toplusunun nəşri, "Xəzərdən Çin səddinədək" adlı regional tədqiqat layihəsində Azərbaycan-Vyetnam elmi əlaqələrinin ayrıca bölmə kimi yer alması, AMEA-nın elmi jurnallarında Vyetnam ədəbiyyatı, mədəniyyəti və tarixinə dair məqalələrin nəşri, dövlət səviyyəsində keçirilən elm və mədəniyyət günlərində AMEA-nın yaxından iştirakı Azərbaycan-Vyetnam münasibətlərinin yalnız mədəni müstəvidə deyil, həm də elm diplomatiyasının mühüm bir qolu olduğunu təsdiq edir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsində Vyetnam əlaqələri ən sistemli şəkildə öyrənilir. Bu şöbədə Vyetnam ədəbiyyatının tarixi, əsas mərhələləri və janr xüsusiyyətləri öyrənilməklə Azərbaycan və Vyetnam yazıçı və şairlərinin yaradıcılığı müqayisəli şəkildə tədqiq olunur, Vyetnam ədəbiyyatında Azərbaycan obrazı - Azərbaycan ədəbiyyatında Asiya mövzuları araşdırılır. Eyni zamanda Vyetnam alimləri ilə birgə elmi məqalələr, kitablar və tərcümə layihələri həyata keçirilir. Şöbənin əməkdaşı Sevda Məmmədovanın "Müasir Vyetnam ədəbiyyatı: Azərbaycan-Vyetnam ədəbi əlaqələrində yeni mərhələ" kitabında Azərbaycan-Vyetnam ədəbi əlaqələrinin tarixindən və bu günündən bəhs olunur. Sevda Məmmədovanın tədqiqatında Vyetnam kimi ecazkar ölkənin ədəbiyyatının tarixi inkişaf yolu, şair və yazıçıların yaradıcılıqlarının ayrı-ayrı istiqamətləri və Vyetnam-Azərbaycan ədəbiyyatı qarşılıqlı müqayisələrlə öyrənilir, Azərbaycan ədəbiyyatı tarixində Vyetnam ədəbiyyatının tədqiqi məsələləri dəyərləndirilir. Onu da qeyd etmək lazımdır ki, Sevda Məmmədovanın "Azərbaycan-Vyetnam ədəbi əlaqələri" (2023) monoqrafiyası iki xalqın ədəbi əlaqələrini araşdırmaq baxımından bir ilkdir.

2025-ci ilin 26-29 iyul tarixlərində Bakıda "Vyetnam Günləri"nin say etibarilə üçüncüsü keçirildi və bu dostluq tədbiri müasir əməkdaşlığın, strateji tərəfdaşlığın tam məzmununu ehtiva edirdi. Azərbaycanda Hanoyda Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında qərarlaşdırılmış "Vyetnam Günləri" nin keçirilməsində Milli Elmlər Akademiyasının özünəməxsus fəaliyyət payı var idi. "Vyetnam Günləri" çərçivəsində Azərbaycan Milli Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olan əsərləri dünyada tanınan Vyetnamın tanınmış detektiv yazarı xanım Nguyen Dieu Linh, Hanoy universitetinin professoru Nguyen Van Chien "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsində Vyetnam ədəbiyyatının, ayrı-ayrı şairlərin və yazıçılarının yaradıcılıqlarının ədəbi əlaqələr kontekstində öyrənilməsinə, kitab və elmi məqalələrin çap olunmasını məmnunluqla qarşılamışlar.

AMEA-nın Cənubi-Şərqi Asiya ölkələri ilə elmi əlaqələri artıq müəyyən bir inkişaf mərhələsinə daxil olmuşdur  və üzvlüklər, konfranslar, birgə layihələr vasitəsilə bu regionla əməkdaşlıq genişlənməkdədir. Bununla yanaşı, həmin əlaqələrin tam potensialından istifadə etmək üçün daha sistemli planlaşdırma, resurs ayrımı və uzunmüddətli strateji yanaşma tələb olunur ki, bununla bağlı əməkdaşlıq və tərəfdaşlıq kontekstində, qarşılıqlı elmi inteqrasiya istiqamətində mühüm addımlar atılmaqdadır. Nəticə etibarilə, Azərbaycan Milli Elmlər Akademiyasının Cənubi-Şərqi Asiya ölkələri ilə elmi əməkdaşlıq istiqamətləri müasir qloballaşma şəraitində elmi inteqrasiyanın, mədəni diplomatiyanın və bilik mübadiləsinin yeni mərhələsini formalaşdırır. Bu əməkdaşlıqlar Azərbaycan elminin beynəlxalq nüfuzunu artırır, regionlararası elmi əlaqələrin dərinləşməsinə və elmin strateji inkişafına xidmət edir. AMEA-nın Asiya elmi təşkilatları ilə birgə layihələri, konfransları, memorandumları və ədəbi əlaqələr istiqamətində qazandığı uğurlar milli elmin dünyaya inteqrasiyasını daha da genişləndirir. Belə ki, gələcəkdə bu istiqamətdə daha sistemli elmi proqramların həyata keçirilməsi, uzunmüddətli tərəfdaşlıq modellərinin formalaşdırılması və birgə innovativ tədqiqatların təşkili Azərbaycan elminin Asiya məkanında mövqeyini daha da möhkəmləndirəcək.

Sevda MƏMMƏDOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi"nin böyük elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri