Icma.az
close
up
RU
“Elmi işini süni intellektə yazdıranlar var” Etibar Əliyev kimləri İFŞA ETDİ?

“Elmi işini süni intellektə yazdıranlar var” Etibar Əliyev kimləri İFŞA ETDİ?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar süni intellektin  imkanlarından elmi sahədə sui-istifadə halları müzakirə olunur. Xüsusilə, elmi məqalələrin və dissertasiyaların süni intellekt vasitəsilə yazdırılması məsələsi alimlər və təhsil ekspertləri arasında ciddi narahatlıq doğurub. Mövzuya münasibət bildirən sabiq deputat Etibar Əliyev hesab edir ki, süni intellektin yazdığı məqalələri orijinal müəllifin işindən fərqləndirmək artıq mümkünsüzdür.
Etibar Əliyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, artıq süni intellektin yazdığı məqalə ilə müəllifin hazırladığı məqalə arasında ciddi fərq yoxdur:
“Bu, çoxdan tətbiq olunur. Hətta tanınmış bir professor mənə dedi ki, biz süni intellektə beş məqalə mövzusu verdik və yazılanlardan birini heç bir proqram plagiat və ya AI izi olaraq tanımadı. Yəni elə bir dövr gəlib ki, süni intellektlə yazılan məqaləni adi müəllifin işindən ayırmaq olmur. Azərbaycanda isə bu, adi hala çevrilib”, - sabiq deputat bildirib.
Onun sözlərinə görə, elmi dərəcə almaq istəyənlərin bir qismi öz işi barədə danışa bilmir, çünki məqalələrini süni intellekt hazırlayıb:
“Biologiya sahəsində 18 nəfərin elmi işindən imtina olunub. Cəmiyyət bilməlidir ki, onlar kimlərdir. Çünki elmi işinin məzmununu bilməyən adamlara alimlik diplomu verilməsi elmə hörmətsizlikdir”, - deyə o əlavə edib.
Etibar Əliyev həmçinin ironiya ilə qeyd edib ki, yaxın gələcəkdə insanlara doğum şəhadətnaməsi ilə birlikdə alimlik diplomu da verilə bilər:
“Təbii intellektin yerini süni intellekt tutur. Elm adına yazılan işlərin keyfiyyəti və müəllifliyi ciddi sual altına düşüb”, - deyə sabiq deputat vurğulayıb.
Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri