Icma.az
close
up
RU
Elmi kitabxana elmin xidmətində

Elmi kitabxana elmin xidmətində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin ötən ilin yekunlarına həsr edilən iclasında ilk dəfə olaraq Mərkəzi Elmi Kitabxananın da fəaliyyətlərinə dair hesabat təqdim olunub.

AMEA prezidenti, akademik İsa Həbibbəyli MEK-də həyata keçirilən islahatların qurumun elmi-təşkilati fəaliyyətində müsbət irəliləyişlərlə müşahidə olunduğunu, qısa vaxtda elektron kitabxana istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

Mərkəzi Elmi Kitabxanasının 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov təqdim edib.

Qeyd olinib ki, ötən il MEK-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi, Məhəmməd Füzulinin 530 illiyi, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə “Azərbaycanın milli parkları, təbiət qoruqları və yasaqlıqları: soraq-biblioqrafik məlumat kitabı”, “Azərbaycan ekologiyası: biblioqrafik göstərici”, “Naxçıvan Muxtar Respublikası – 100: biblioqrafik göstərici”, “Məhəmməd Əmin Rəsulzadə və müstəqil Azərbaycan” adlı metodik vəsait, çoxsaylı kitablar ərsəyə gətirilib, “Məhəmməd Füzuli – 530” adlı tədbir və kitab sərgisi, digər tematik sərgilər, seminarlar təşkil olunub.

AMEA-nın Rəyasət Heyətinin qərarları əsasında 2024-cü il ərzində AMEA-nın 14 həqiqi və müxbir üzvünün şəxsi biblioqrafiyası çap edilib. Hüseyn Hüseynov 2024-cü ildə Mərkəzi Elmi Kitabxananın fəaliyyətində çoxsaylı yeniliklər olduğunu bildirib. O qeyd edib ki, İRBİS 64+ proqramından istifadə etməklə MEK-in fondlarında olan sənədlərin elektron kataloqu yaradılaraq, oxucuların istifadəsinə verilib. Kitabxananın elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində işlər davam etdirilir. Kitabxana işinin səmərəli qurulmasına, oxuculara xidmət işində keyfiyyət meyarının artmasına təsir etmək məqsədilə burada struktur islahatları aparılıb, iş saatları və oxu zallarından istifadə oxucuların rahatlığı nəzərə alınmaqla müəyyənləşdirilib. 

Onu da deyək ki, 2024-cü il iyun ayından etibarən kitabxanada cəmiyyətin mütaliəyə, kitaba olan marağını artırmaq, oxucuları MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə “Açıq qapı günləri” keçirilir. Eyni zamanda, MEK-də kitabxana işinin effektivliyini günün tələbləri səviyyəsinə qaldırmaq məqsədilə Elmlər Akademiyası sistemində Mərkəzi Elmi Kitabxanada ilk dəfə “Könüllülər” layihəsi həyata keçirilib.

Elm məbədində həmçinin “Akademiklər kitabxanası”, “İraq–türkman ədəbiyyatı kitabxanası” yaradılıb. Azərbaycanşünaslıq və Milli-Rəqəmsal Yaddaş şöbəsi tərəfindən MEK-ə daxil olan müxtəlif qəzet və jurnallardan məqalələr işlənərək “Sərəncamlar – 2024”, “Qərarlar – 2024”, “Yaşıl dünya naminə həmrəylik ili”, “COP29”, adlı yeni rubrikalar açılıb, “AMEA. Prezidentlər” bölməsində adlı rubrika materialları redaktə edilib. Ümumi olaraq müxtəlif mövzularda 5700-dən çox yeni kartoçka proqramdan çıxarılaraq kartotekaya düzülüb, İRBİS 64+ proqramına 16 mindən çox məqalə daxil edilib. 40 minə yaxın kitab tammətnli elektron formatına salınaraq oxucuların ixtiyarına verilib. 

İl ərzində əməkdaşların Web of Science və Scopus-da 7, ölkə miqyaslı elmi jurnallarda isə 11 məqaləsi nəşr olunub, 25 beynəlxalq və yerli konfrans və simpoziumda məruzələr edilib, 7 sayda elmi-publisistik məqalə işıq üzü görüb. AMEA üzrə 2024-cü ildə Web of Science və Scopus-da indeksləşən elmi jurnallarda ən çox məqaləsi işıq üzü görən alim isə 7 məqalə ilə kitabxananın direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov olub.

Hesabatda MEK əməkdaşlarının elmmetrik göstəriciləri də təqdim edilib, kadr potensialı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, beynəlxalq əməkdaşlıq, eləcə də kitabxana saytının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb.

Məruzə dinlənildikdən sonra MEK-in 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və müvafiq tapşırıqlar verilib.

Ə.ƏLİYEV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri