Icma.az
close
up
RU
Elmi yaradıcılığın və şəxsiyyətin harmoniyası Redaksiyaya məktub

Elmi yaradıcılığın və şəxsiyyətin harmoniyası Redaksiyaya məktub

Icma.az, 525.az saytına istinadən bildirir.

Cahangir MƏMMƏDLİ
BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Hörmətli redaksiya!

Milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamından sonra Azərbaycan elmi, ictimai və media mühitində çoxsaylı tədbirlər gerçəkləşdirildi. Bu tədbirlərin hamısında milli mətbuatımızın keçdiyi tarixi yol maraqlı məruzələr və çıxışlarla yadda qaldı.

Belə tədbirlərdən biri iyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təşkil olunmuşdu. Mən bundan əvvəlki tədbirlərin də bir çoxunda iştirak etmiş jurnalist kimi etiraf etməliyəm ki, AMEA-da həyata keçirilən tədbir özünün bir çox istiqamətləri ilə daha çox yaddaşlarda qaldı. Tədbirdə AMEA prezidenti, akademik İsa Həbibbəylinin geniş formatda məruzəsi tədbir iştirakçıları tərəfindən yüksək maraqla qarşılandı. Akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin Milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı Sərəncamının bütün tezislərini əsas götürərək məruzəsini bu kontekstdə hazırlamışdı.

Yəqin ki, oxucularımız akademik İsa Həbibbəylini humanitar tariximizin mahir bir tədqiqatçısı və həm də "525-ci qəzet"in sanballı müəlliflərindən biri kimi yaxşı tanıyırlar. İsa müəllim ədəbiyyatımızı və milli mətbuatımızı sənətə beynəlxalq baxış kontekstində araşdırmağı və təhlil etməyi ilə Azərbaycan tədqiqatçılıq mühitində ciddi bir məktəb yaratmışdır. Onun tədbirdəki məruzəsinin tezislərinin hər biri ətrafında dissertasiya mövzuları təqdim etmək olar.  Alimin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" kimi fundamental bir doktorluq işindəki elmi mənbələrə diqqət etməklə onun mövzuya və problemə necə diqqət və cəsarətlə yanaşmasının şahidi olmaq mümkündür. Bu əsər hazırda milli mətbuatımızın tədqiqatçıları üçün mükəmməl elmi mənbədir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri, tarix elmləri doktoru, professor Bəxtiyar Nəbiyev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, həmin şöbənin əməkdaşı, filologiya üzrə elmlər doktoru Gülbəniz Babayeva və başqaları mətbuat tariximizin ünlü tədqiqatçılarını - Əziz Şərif, Abbas Zamanov, Əziz Mirəhmədov, Şamil Qurbanov, Nazim Axundov və başqalarının bu sahədəki yaradıcılığını yüksək qiymətləndirdilər. Milli mətbuat tariximizin ən yaddaqalan tədqiqatçısı, yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən professor Şirməmməd Hüseynovun fəaliyyəti ayrıca olaraq maraqlı faktlarla yüksək dəyərləndirildi.

Tədbirin sonunda AMEA-nın bir qrup alimi mətbuatda göstərdikləri elmi-praktik fəaliyyətinə görə həm mənəvi, həm də maddi cəhətdən mükafatlandırıldı.

Tədbirin daha bir maraqlı cəhəti AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ayrı-ayrı media qurumlarına və BDU Jurnalistika fakültəsinə Ədəbiyyat İnstitutunun milli mətbuatımızın bir sıra klassik nümunələrini, o cümlədən, "Molla Nəsrəddin" jurnalının transliterasiya nəşrini və "Molla Nəsrəddin" ensiklopediyasının nəşrini hədiyyə etməsi ilə yadda qaldı.

Tədbirin gedişini izlədikcə mən hələ neçə il bundan əvvəl İsa Həbibbəyli ilə bağlı düşüncəmin dəqiq ünvanını tapdım; Akademik İsa Həbibbəyli elmi yaradıcılığın, vətəndaşlığın və şəxsiyyətin harmoniyası kimi üç mühüm keyfiyyəti özündə birləşdirən bir alimdir.

Hörmətli redaksiya!

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təşkil olunmuş bu tədbir haqqında xəbər janrında hazırladığım bu kiçik yazını sizə təqdim etməklə milli mətbuat tariximizin bu gün tamam olan 150 illik yubileyi münasibətilə qocaman bir jurnalist kimi bu tədbiri hazırlayanlara və şəxsən akademik İsa Həbibbəyliyə öz təşəkkürümü bildirmək istədim.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri