Icma.az
close
up
RU
Elmin inkişafı ilə bağlı UNEC dən təşəbbüslər FOTOLAR

Elmin inkişafı ilə bağlı UNEC dən təşəbbüslər FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) reallaşdırdığı “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri çərçivəsində növbəti görüşlər Gəncə şəhərində olub.

"Unikal" xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov, akademik Nizami Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Rövnəq Rzayev, “İqtisadiyyat” kafedrasının dosenti Azər Mehtiyev Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), eləcə də Gəncə şəhərindəki 27 nömrəli Fizika, riyaziyyat və informatika təmayüllü liseydə və 11 nömrəli tam orta məktəbdə görüşlər keçiriblər.

İlk görüş orta məktəblərdə olub. Görüşdə rektor professor Ədalət Muradov layihənin məqsədinin uşaqlarda erkən yaşlarından elmə maraq oyatmaq, elmin gözəlliyi, əhəmiyyəti barədə onları məlumatlandırmaq olduğunu bildirib. O, təşəbbüsün şagirdləri elmə həvəsləndirməklə yanaşı,  onlara elmin müxtəlif sahələri ilə tanış olmaq və həmin sahələr üzrə karyera imkanları haqqında geniş məlumat əldə etmək üçün böyük fürsət yaratdığını vurğulayıb.

Sonra professor Misir Mərdanov və akademik Nizami Cəfərov elmin cəmiyyətdəki rolunu şagirdlərə maraqlı formatda təqdim ediblər. Alimlər elmin inkişafı və təhsilin gücləndirilməsi istiqamətindəki ideyalarını şagirdlərə açıqlayaraq, onları daha çox bilik öyrənməyə və gələcəkdə elm sahələrində uğurlu karyeralar qurmağa təşviq ediblər.

Görüşdə Misir Mərdanov bir neçə təşəbbüslə çıxış edib. O, şagirdlərin elmi istedadlarını erkən yaşlardan aşkarlayıb, onların həmin sahədə potensiallarını inkişaf etdirmək məqsədilə elmi institutlar tərəfindən dəstək göstərilməsini  təklif edib. M.Mərdanov bu yanaşmanın gələcəkdə elmi və texnoloji sahələrdə ölkədə güclü mütəxəssislərin yetişməsinə zəmin yaradacağını vurğulayıb.

Bundan əlavə, Misir Mərdanov ali təhsil müəssisələri tərəfindən şagirdlər üçün müxtəlif fənlər üzrə olimpiadaların təşkilinin vacibliyini də vurğulayıb. O, olimpiadada qalib gəlmiş şagirdlərin həmin ali təhsil müəssisəsinə qəbul olduqda müvafiq fənn imtahanından azad olunmasını təklif edib.

Rektor Ədalət Muradov Elm Günü münasibətilə UNEC-də hər il ənənəvi olaraq keçirilən “Elm festivalı”nda istedadlı şagirdlərin startaplarının, yaradıcı məhsullarının nümayiş olunması təşəbbüsünü irəli sürüb. Bu təşəbbüsün universitet-məktəb arasında əlaqələri daha da genişləndirəcəyini diqqətə çatdırıb. Eyni zamanda istedadlı şagirdlərin alimlərlə birlikdə nümunəvi təcrübələr apara bilmələri üçün UNEC-də “Açıq laboratoriya günləri”nin keçirilməsini təklif edib.

Gəncəyə səfər çərçivəsində “Elmin populyarlaşdırılması” təşəbbüsü ilə ali təhsil müəssisələrində görüşlər keçirilib.

Nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində Virtual Öyrənmə və Simulyasiya Laboratoriyanın açılışında iştirak edib. UNEC-in koordinatorluğu, Avropa İttifaqının dəstəyi və ATU-nun tərəfdaşlığı ilə "REFRESH" layihəsi çərçivəsində yaradılan laboratoriyada “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi və ekoloji monitorinqlərin aparılması nəzərdə tutulub.

Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universitet və Azərbaycan Texniologiya Universitetində keçirilən görüşlərdə rektor Ədalət Muradov elmin təşviq edilməsi məqsədilə UNEC-də görülmüş işlərdən danışıb və əldə olunan nəticələr barədə məlumat verib. O, ölkədə elmin populyarlaşdırılmasının effektivliyinin təmin olunması məqsədilə elmin təşviqinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıb və ali təhsil müəssisələrini bu istiqamətdə birgə fəaliyyət göstərməyə çağırıb.

Görüşlər zamanı ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının artırılması ilə bağlı geniş müzakirələr aparılıb. Regionlardakı ali təhsil müəssisələrinin elmi tədqiqat mərkəzlərinin maddi-texniki bazası və kadr potensialının dəyərləndirilməsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi və elmi məqalələrin hazırlanması barədə razılıqlar əldə olunub.

Eyni zamanda, universitetlərdə doktorantura təhsilinin yenidən qurulması, tədqiqat potensialı yüksək olan müəllimlərə fərqli yanaşmaların tətbiqi və tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində məktəblərə və universitetlərə 100-dən çox elmi kitab hədiyyə olunub. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Fevral 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri