Icma.az
close
up
RU
ELMİN İNKİŞAFINDA ŞƏRQŞÜNAS ALİMLƏRİN ROLU

ELMİN İNKİŞAFINDA ŞƏRQŞÜNAS ALİMLƏRİN ROLU

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elmin hədəfi təbiətdə və sosial mühitdə mövcud olan qanunauyğunluqların aşkarlanması və yeni mənaların kəşfidir. Odur ki, elmi fəaliyyət şərəfli, eyni zamanda məsuliyyətli və çətin işdir. Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmət, elmə verdikləri töhfə danılmazdır. Onların elmi fəaliyyəti və əldə olunan nailiyyətləri Azərbaycan elmi üçün xüsusi qürur mənbəyidir.    

Şərqşünaslıq elminin inkişafında Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin tarixinin, xüsusilə Səlcuqilər və monqollar dövrünün tədqiqatçısı akademik Əbdülkərim Əlizadə, “Azərbaycan sənayesi” əsəri ilə tarixşünaslıqda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını qoymuş, həmçinin Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsinə təşəbbüs göstərmiş və uzun illərdən bəri apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə “Azərbaycanlılar – etnogenez və xalqın formalaşması” adlı son dərəcə vacib əsərin müəllifi akademik Əlisöhbət Sumbatzadə, 1960-cı ildə nəşr olunan üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının müəllifi filoloq, akademik Həmid Araslı, həmçinin “Xilafət və Azərbaycanın VII–XIII əsrlər” tarixinin tədqiqatçısı, akademik Ziya Bünyadov, elmi yaradıcılığı boyu yazdığı 70 məqalə, “Cübran Xəlil Cübran”, “Qələmlər birliyi və Mixail Nüaymə”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” adlı üç monoqrafiyası ilə iki xalqın ədəbi əlaqələrini daha da dirçəldən professor Aida İmanquliyeva kimi dahi şəxsiyyətlərin müstəsna rolu olmuşdur.

Şərqşünaslıq məktəbini layiqincə davam etdirmək kimi ağır yük ilk qadın ərəbşünas alim Aida Nəsir qızı İmanquliyevanın (1939-1992) şərqşünaslıq məktəbinin layiqli davamçısı, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, “Abd əs-Salam Uceyli. Həyat və yaradıcılığının oçerki” (“Абд ас-Салам Уджейли. Очерки жизни и творчества”, 1989); “Əbu-l-Fərəc əl-İsfahani və Klassik Azərbaycan ədəbiyyatı” (“Книга песен” Абу-л-Фараджа ал-Исфахани и классическая азербайджанская литература”, 1998); “Müasir Suriya hekayəsi” (“Современный сирийский рассказ”, 2007); “Tofiq əl-Hakimin ədəbi görüşləri” (“Литературные взгляды Тауфика ал-Хакима”, 2015) kimi dörd fundamental monoqrafiyanın, eləcə də on iki kitabın, o cümlədən orta əsr mənbələrinin şərhli filoloji tərcümələrinin müəllifi akademik Gövhər Baxşəli qızı Baxşəliyevanın üzərinə düşmüşdür.

Şərqşünas alimlərdən Azərbaycanda “Ərəb dili” dərsliyinin müəllifi və banisi Ələsgər Məmmədovun, ərəb dilçiliyinin dühası Vasim Məmmədəliyevin, ərəb ədəbiyyatının görkəmli simaları Malik Mahmudovun, Vilayət Cəfərin, Mahirə Quliyevanın, şərq iqtisadiyyatına töhfələr vermiş Dünyamalı Vəliyevin, İnqilab Əlibəyovun, iranşünas alimlərdən Rüstəm Əliyevin, Tahir Məhərrəmlinin, Xeyri Əl-Abbasi Nəşətin, Cəmilə Sadıqovanın, o cümlədən mərhum şərqşünas alimlərdən Esmiralda Həsənovanın, Əmir Qasımlının, Zemfira Rüstəmovanın, Zahid Hüseynovun, Solmaz Hüseynovanın, Xalidə Quliyeva-Qafqazlının, Sədaqət Qasımlının simalarında bir çox dünyadan köçən şərqşünas alimlərin Şərqşünaslıq elminin Azərbaycanda sürətli inkişafı və çiçəklənməsində xüsusi xidmətləri olmuşdur.

Bu gün də Şərqşünaslıq məktəbi fəaliyyətini davam etdirir və onun elmi irsi əsasən AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində və digər elm və təhsil ocaqlarında yaşadılır.

Azərbaycan şairi Nizaminin “Alimdir gözümdə ən ali insan” sözünə qüvvət olaraq, “Elmə söykənən xalq qalibdir” - deyən Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 2023-cü il noyabrın 28-də ölkə başçısının imzaladığı Sərəncamla Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması böyük tarixi hadisə və elmə söykənən xalqın qalibiyyətidir. Ümid edirik, AMEA-nın Qarabağ filialı da fəaliyyət göstərəcəkdir.

Əziz elm fədailəri, Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilir. Sərəncam ölkəmizdə elmi fəaliyyətə göstərilən diqqət və qayğının mühüm göstəricisidir.

Bu il həm də ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur. Məhz 27 mart 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunub. Həmin il martın 31-də Akademiyanın ilk ümum yığıncağı keçirilib və iclasda onun prezidenti, vitse-prezidentləri, akademik-katibi seçilib, Rəyasət Heyətinin 5 nəfərdən ibarət ilk tərkibi formalaşdırılıb.

27 mart – Elm Günü bizə bir daha xatırladır ki, elm hər zaman irəliləyir, hər zaman inkişaf edir. Bizim də bu elmi inkişafda payımız var. Hər birimiz elmə olan bağlılığımızı daha da gücləndirərək, cəmiyyətimizə və dünyaya faydalı olmalıyıq. Bu yolda irəliləyərkən, hər kəşf və hər yenilik bizim uğurumuz olacaq. Elm qaranlıqda yol göstərən işıqdır. Elmin işığı altında daha aydın bir gələcəyə doğru irəliləyək!

Bu gün münasibətilə elmi ictimaiyyəti təbrik edirəm! Elm günümüz mübarək!

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Təhsil” şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Bayramova Lalə Məzahir qızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Mart 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri