Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Aida İmanquliyeva öz məktəbini yaratmış şərqşünas

Aida İmanquliyeva öz məktəbini yaratmış şərqşünas

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, Bakı Dövlət Universitetinin professoru, tarix yaradan şərqşünas-alim Aida xanım İmanquliyeva 33 il əvvəl – 1992-ci ilin bu günündə 53 yaşında dünyasını dəyişsə də, hər zaman ehtiramla xatırlanan böyük ziyalılarımızdandır.

Tanrının bəxş etdiyi 53 illik qısa ömründə Azərbaycan şərqşünaslıq elmi naminə çox işlər görmüş Aida xanım İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda “Bakı və Baku” qəzetlərinin qurucusu, professor Nəsir İmanquliyevin və soy-kökü, şəcərəsi ilə əfşarlara, qacarlara, Şamaxı əsilzadələrinə, Zəngəzur bəylərinə bağlı olan Gövhər xanım Sultanzadənin ailəsində dünyaya gəlib. Bakının məşhur 132 saylı orta məktəbini bitirdikdən sonra Cümhuriyyətdən nişanə, o dövrün tək və yeganə dövlət universitetinə daxil olub. Aida xanım 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra universitetin şərqşünaslıq fakültəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasından aspiranturaya daxil olub. Görkəmli alim Rüstəm Əliyevin rəhbərliyi ilə “Qələmlər cəmiyyəti” və Mixail Nüaymənin onun yaradıcılığında rolu” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlayıb.

XIX-XX yüzillərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin yaradıcılığına həsr olunan monoqrafiyada əsas məqsəd “ərəb-məhcər ədəbiyyatı”nın bu qatı ilə bağlı faktları bir araya toplamaq və bu ədəbiyyatı yaradanları dünyaya tanıtmaq idi. İşin əhatə dairəsinin genişliyi, mənbələrin az olması gənc tədqiqatçını Moskvaya getməyə məcbur edir. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunan Aida xanım Şərqin məşhur bilicilərindən biri hesab olunan İosif Braginskinin rəhbərliyi ilə dissertasiyasını tamamlayır. 1966-cı ilin martında Aida xanım hər iki məşhur elmi rəhbərinin - Rüstəm Əliyev və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alır.

Gənc alim Şərqdən-Qərbə, Latın Amerikasına mühacirət edən ədiblərin yaradıcılığına üz tutaraq, onların əsərlərində qoyulan ideyaları müdafiə etməklə Hüseyn Cavid, Cübran Xəlil Cübran kimi ədiblərin əsərlərindəki müştərək ideyaların eyni ağrıdan boy aldığını, eyni amala xidmət etdiyini elmi əsaslarla sübut etməklə mənəvi dəyərlərimizə sahib çıxmış olur. Şübhəsiz ki, bunun başlıca səbəbi Aida xanımın mənsub olduğu xalqın, millətin söykəndiyi dəyərlər, yaşadığı gerçəklər idi. Əslində, bu gerçəklər heç də adi gerçəklər deyildi. “Harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var”, - deyib Allahsız və mədəniyyətsizcəsinə məscidləri klublara, anbarlara çevirən, “allahsızlar partiyası” yaradıb ciblərə “allahsız knişkası” qoyan quruluşa etiraz idi. Ziyalının, alimin, müəllimin, böyük mənada isə Vətəndaş, Alimin etirazı idi.

Tədqiq etdiyi ədiblərin yaradıcılıqları ilə bağlı elmi fikirlər irəli sürüb monoqrafiyalar yazmaqla bərabər, “Dünyanın dərki əslində qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur”, - deyən Aida xanımın şərqşünas–alim kimi ən böyük uğuru onda idi ki, o, dövrün, mühitin ictimai-siyasi xəritəsini çəkir, ədəbi-bədii, fəlsəfi mühitlərin mənzərəsini yaradırdı. Bu gün demokratik dəyərlərin inkişaf etdiyi, açıq sözün söyləndiyi bir zamanda bu fikirləri söyləmək çox adi, bəlkə adidən də adi görünə bilər. İnformasiya texnologiyalarının o qədər də inkişaf etmədiyi, sərhədlərin qapalı olduğu, ideya döyüşlərinin, soyuq müharibənin tüğyan etdiyi 60-cı illərdə bu fikirləri söyləmək o qədər də asan deyildi.

Amerikaya, Fransaya, Türkiyəyə və Avropanın başqa yerlərinə mühacirət etməklə ruhlarını Vətənə əmanət edən ərəb yazarları azadlıq eşqinə söykənib yaşadıqları kimi, Aida xanım da qələminə söykənib qoca Şərqə 60-cı illərdən şərqilər söyləyir: “Qələmlər Birliyi” ilə Avropaya, Latın Amerikasına müsəlman mədəniyyəti və dəyərini daşıyan ərəb fədailərinin haqq səsinə dönən, Mixail Nüaymə irsinin carçısına çevrilərək deyirdi: “Mixail Nüaymə yeni həyat quruculuğu prosesinə böyük enerji, heyrətamiz fədakarlıqla qoşulan və bu hərəkatda öz tarixi keçmişinin özünəməxsusluğunu və zənginliyini unutmayan ərəb ziyalılarının ən qabaqcıl, həsas və istedadlı oğulları sırasında olmuşdur”.

“Mixail Nüaymə və “Qələmlər Birliyi” monoqrafiyasından sonra Aida xanımın 2-ci ən böyük əsəri 1975-ci ildə işıq üzü görmüş “Cübran Xəlil Cübran” monoqrafiyasıdır. Uzaq Amerikada - Nyu-Yorkda ərəb ziyalılarını birləşdirən ideya və məfkurə birliyindən söhbət açan A.İmanquliyeva Cübran Xəlil Cübranın da yaradıcısı, qurucusu olduğu cəmiyyətin əhəmiyyətindən danışarkən qeyd edir: “Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi”.

Aida xanım Şərqin istedadlı qələm və fırça sahibinin haqqa xidmətdə bulunduğunu söyləyir. O, Cübran Xəlilin bu sahədəki xidmətləri barədə deyir: “Cübran Xəlil Cübran hansı məsələdən danışırsa, danışsın, o, həmişə mütəfəkkir, böyük sənətkar, söz ustası və öz xalqını, bütün bəşəriyyəti hədsiz dərəcədə sevən bir insan olaraq qalır”. Aida xanım bütün ömrünü həsr etdiyi “Müasir ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyası ilə yeni bir dünya - ərəb ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratmış oldu. 1992-ci ildə işıq üzü görən möhtəşəm kitab böyük alimin elmi ictimaiyyətə təqdim etdiyi son əsəri oldu...

Şərqşünas–alim kimi arxada qoyduğu 30 ilə abidə ucaldan Aida xanım Şərq ədəbiyyatı korifeylərinin fikirlərini, düşüncələrini tədqiqata cəlb edə-edə özü də onlarla bir sırada olurdu. Akademik üslubla bərabər, elmi-bədii, publisistik ruha köklənən Aida xanım bu əsəri ilə özünün təkcə alim, şərqşünas obrazını deyil, şair, yazıçı, mütərcim obrazını da yaratmış oldu.

Onun bu qüdrəti ərəb məhcər ədəbiyyatının müxtəlif sahələrinə həsr olunmuş məqalələrində, şəxsən özünün təşkil etdiyi konfrans və simpoziumlarda təsdiqlənirdi. Şərqşünas–alimlər Ziya Bünyadov, Vasim Məmmədəliyev, İosif Braginski, İrina Bılik, Anna Dolinina, Aleksandr Kudelin, Valeriya Kripçenko, İsak Filiştinski, Olqa Frolova, Malik Qarayev dəfələrlə onun fikirlərinə şərik çıxırdılar.

Bir vaxtlar təhsil aldığı Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb filologiyasından mühazirələr oxuyan Aida xanım pedaqoq alim məharəti ilə Azərbaycan, ərəb, rus və Avropa ədəbiyyatlarının müqayisəsini verir, biri digərindən qidalanaraq formalaşan bu ədəbiyyatların bəşəriyyətə bəxş etdiyi dəyərlərdən soraq verir, ərəb ədiblərinin əsərlərinin tərcümə olunmasını ədəbi-mədəni əlaqələrimizin inkişafında körpü hesab edirdi. Aida xanım ömrünün 30 ilini təmənnasız sərf etdiyi, məhəbbətlə bağışladığı şərqşünaslıq elmində öz möhürünü vurdu. Adını Azərbaycanın və dünyanın tanınmış şərqşünaslarının, ərəbşünas alimlərin cərgəsinə yazdırdı.

Tanrının ona bəxş etdiyi istedadın, zahiri və batini kamilliyin, gözəlliyin işığını elmimizin üstünə salan Aida xanım əhatəli yaradıcılığı ilə “Ərəb filologiyası məsələləri”, “Yaxın və Orta Şərq”, “Sovet şərqşünaslığının problemləri və perspektivləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Romantizmin problemləri və Şərq” adlı əsərləri və məqalələri ilə Şərqin təkcə ədəbi-fəlsəfi baxışlarına deyil, ictimai-siyasi quruluşuna, yaşam tərzinə də aydınlıq gətirirdi.

Sent Bövün bioqrafik, İppolit Tenin mədəni, Vilhelm Dilteyin mənəvi tarixi, Yunqun analitik psixoloji, Bartın strukturalist metodlarından, Şərqin böyük filosoflarından, klassik düşüncəmizin yaradıcılarından olan Nizami Gəncəvinin İnsan sevgisindən, Məhəmməd Füzulinin İlahi eşqindən, İmadəddin Nəsiminin “Haqq mənəm, Haqq məndədir” ucalığından, Mirzə Fətəli Axundzadənin, rus klassiklərinin maarifçilik ideyalarından, Cəlil Məmmədquluzadənin realizmindən, Məhəmməd Hadinin romantizmindən keçərək özünün bütöv Dünya Modelini yaradan professor Aida İmanquliyeva ictimai, fəlsəfi sistemlərin mövcud olduğu elm, mədəniyyət, mənəviyyat və düşüncə səmasında ağlının, məntiqinin ulduzu ilə parladı.

Onun cismani yoxluğunu 1992-ci ilin payızından hesablayırlar. Əslində o, hər yazısından sonra bir dəfə mələklər kimi köç edir, sonradan yazı masasına qayıdıb bir başqa nəğmə oxuyur, dastan bağlayırdı. Yarım əsrdən azca çox, qısa, lakin mənalı ömür yolu ilə örnəyə çevrilən, əcəl şərbətini Şərqin qüdrətli sənət-söz adamları, fikir və düşüncə sahibləri kimi eşq badəsindən içərək ölümsüzlüyə qovuşan, “Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır”, - deyən, ömrünün yarısından çoxunu həsr etdiyi əsərləri ilə dəyərlərin əyarına çevrilən Aida xanım Şərqlə Qərbin ortaq dəyərlərinin aynası olan əsərlərində yaşayır.

Bu məqamda unudulmaz şəxsiyyətin ünvanına yönəltmək istədiyim bir fikir var. Qərbli filosof Ralf Uold Emerson (1803 – 1882) deyir: “Dahilərin bioqrafiyası qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır...”.

“İnsanın etdiyi xeyirxahlıq zahiri mərasimlərə riayət etməkdən yüksəkdə durur və buna görə onu mükafatlandıran Allah üçün daha əziz, daha istəniləndir” kəlamı ilə yerin və göyün mükafatına, Tanrının lütfünə layiq görülən Aida xanım indi həm də övladlarının, nəvələrinin ictimai-siyasi, elmi-pedaqoji, publisistik fəaliyyətində, bir də yetirmələrinin həzin xatirələrində yaşayır. Bu da var ki, heç də hər kəs xatirələrdə qalmır, xatirəyə çevrilmir. Hər bir insana, alimə, müəllim və ziyalıya da məhz Aida xanım kimi sevgi dolu xatirələrlə anılmaq, yada salınmaq qismət olmur.

Şərəf CƏLİLLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri