Icma.az
close
up
RU
Elnarə Ansari: İnklüziv şəhərlər siyasət seçimi deyil, mənəvi məsuliyyətdir

Elnarə Ansari: İnklüziv şəhərlər siyasət seçimi deyil, mənəvi məsuliyyətdir

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda inklüziv şəhərlər və əlilliyi olan şəxslərin hüquqları dövlət siyasətinin əsas prioritetlərindəndir.

APA xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ansari Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "“Əlçatanlığın hüdudlarından kənar: hamı üçün layiqli mənzil hüququnun təmin edilməsi" mövzusunda əlilliyi olan insanların hüquqları üzrə dəyirmi masada çıxışinda deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Azərbaycanda inklüziv şəhərsalma, əlilliyi olan şəxslərin hüquqları və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Çıxışda vurğulanıb ki, bütün ölkələrin ortaq məsuliyyəti şəhərlərin təkcə inkişaf edən deyil, həm də əlçatan, inklüziv və hər kəs üçün rahat məkanlara çevrilməsidir.

“Bu gün bütün ölkələr ortaq məsuliyyət daşıyır ki, şəhərlərimiz təkcə böyüyən və inkişaf edən deyil, həm də əlçatan, inklüziv və hər kəs üçün rahat olsun”.

Qeyd olunub ki, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə 2008-ci ildən BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Konvensiyasına qoşularaq bu sahədə mühüm islahatlar həyata keçirib.

“2008-ci ildən BMT Konvensiyasına qoşulduqdan sonra Azərbaycan milli qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq və tibbi modeldən sosial modelə keçid istiqamətində ciddi islahatlar aparıb”.

Çıxışda 2018-ci ildə qəbul edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun inklüziv siyasət üçün mühüm hüquqi baza yaratdığı bildirilib.

Eyni zamanda, rəqəmsal əlillik qiymətləndirmə sistemi və sosial müavinətlərin elektron qaydada təyinatı kimi innovativ islahatlar qeyd olunub.

“Biz regionda ilk ölkələrdən biriyik ki, tam elektron əlillik qiymətləndirmə sistemini tətbiq etmişik. Sosial ödənişlər artıq vətəndaş müraciəti olmadan avtomatik qaydada təyin olunur”, - o vurğulayib.

Nümayəndə vurğulayıb ki, əlçatanlıq təkcə fiziki infrastruktur deyil, bütün sahələrdə bərabər iştirak deməkdir.

2021-ci ildə qəbul edilən uyğunlaşdırılmış infrastruktur qaydaları və 2019-cu ildən tətbiq olunan əmək standartlarının inklüziv məşğulluğu gücləndirdiyi bildirilib.

Çıxışda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunub:

“Bu mərkəz universal dizayn və inklüzivliyin uğurlu nümunəsidir. Burada əlçatanlıq, psixososial dəstək və işarə dili xidmətləri vahid məkanda təqdim olunur”.

Qeyd olunub ki, bu model artıq regionlara da genişləndirilir və minlərlə benefisiar bacarıqlar əldə edərək iqtisadi imkanlara çıxış qazanır.

Çıxışda Ansari Azərbaycan təcrübəsinin BMT Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğu vurğulayıb və inklüzivliyin “heç kimi geridə qoymamaq” prinsipinin əsas təzahürü olduğunun bildirib:

“İnklüziv şəhərlər yalnız siyasət seçimi deyil, həm də mənəvi məsuliyyətdir”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 May 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri