Icma.az
close
up
RU
“Elnur 2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender

“Elnur 2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayon Icra Hakimiyyəti Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderin nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, müsabiqənin qalibi “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.

Rəsmi qaynaqlarda qeyd edilir ki, yolların əsaslı təmiri 157 min 609 manata başa gələcək.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən həyata keçirdiyi araşdırma nəticəsində məlum olub ki, son bir ildə Cəlilabad İcra Hakimiyyəti ilə “Elnur-2” şirkəti arasında 5 belə anlaşma olub.

Onlardan biri bu yaxınlarda, 19 avqustda qeydə alınıb. Cəlilabad şəhərində yolların əsaslı təmiri üçün şirkət 423 min 594 manat pul alıb.

Bundan başqa, ötən ilin sentybarında “Elnur-2” şirkəti Cəlilabadın Göytəpə şəhərinin də yollarını əsaslı təmir edib. Həmin tenderin müqabilində isə İcra Hakimiyyətindən 110 min 507 manat pul alıb.

Maraqlı məqamlardan biri də odur ki, Cəlilabad İcra Hakimiyyəti ötən il “Elnur-2” ilə bir ayın içində bütün anlaşmaları reallaşdırıb. Məsələn, dəyəri 419 min 674 manat olan Cəlilabad şəhərində yolların əsaslı təmiri prosesi 09.09.2024-cü ildə baş tutub. Həmçinin 04.09.2024-cü ildə 176 min 289 manatlıq layihə olan Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri işləri baş tutub.

Qeyd edək ki, Cəlilabadda yalnız bir şirkətin tenderlərin qalibi olması müəyyən ehtimallara səbəb olub. Bəzi açıq mənbələrdə rayonun icra başçısı Rafiq Cəlilovla sözügedən şirkət arasında yaxşı münasibətlərin olması iddia edilir.

Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri