Elnur Əliyev: Ölkəmizdə biznesə yönləndirilən suyun 50 faizi itkiyə gedir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Ölkəmizdə kənd təsərrüfatında innovativ suvarma sistemlərindən istifadə çox aşağıdır".
Oxu.Az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, əsas məqsəd innovativ suvarma sistemlərinin və texnologiyanın tətbiqini genişləndirməkdir:
"Hazırda ölkəmizdə biznesə yönləndirilən suyun 50 faizi itkiyə gedir. Nəzərə alsaq ki, Azərbaycan suya ehtiyacı olan ölkələrdəndir, bu, bizim üçün böyük təhlükədir".
O qeyd edib ki, ölkəmizin əkinəyararlı torpaq sahələri Gürcüstan və Ermənistana nisbətdə çox olsa da, torpağı suvarmaq üçün lazım olan su ehtiyatı da hər iki dövlətə nisbətdə 6 dəfə azdır:
"Əkinçilikdə şirkətlərin böyük hissəsi KOB-lardır. Bu da bugünkü mövcud vəziyyətdir. Azərbaycanda su ehtiyatı 26.2 milyard kubmetrdir. Bunun da 8.4 milyard kubmetrini yeraltı sular, 4.6 milyardını çay suları təşkil edir. Bu da su ehtiyatları baxımından ölkəmizin asılılığını göstərir.
Azərbaycanda suvarılan ərazilər ümumilikdə 1.5 milyon hektardır. Bu da kənd təsərrüfatı torpaqlarının 1/3 hissəsidir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















