Icma.az
close
up
RU
Elşad Mirinin etiraz etdiyi sünnət görün uşaqlara necə FAYDALI İMİŞ HƏKİMDƏN AÇIQLAMA

Elşad Mirinin etiraz etdiyi sünnət görün uşaqlara necə FAYDALI İMİŞ HƏKİMDƏN AÇIQLAMA

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, ilahiyyatçı Elşad Mirinin oğlan uşaqlarını sünnət etdirməməklə bağlı çağırışı müzakirələrə səbəb olub. İlahiyyatçının açıqlamasından sonra məsələnin tibbi tərəflərinə diqqət çəkənlər də olub. Sünnət etdirməyin uşaqlara ziyanlı olduğunu deyənlər də tapılıb. Bəs görəsən bu mövzuda həkimlərimiz nə fikirdədir?

Tanınmış pediatr Məhsəti Nəcəfova Pravda.az-a açıqlamasında deyib ki, sünnət tibbi baxımdan faydalıdır.

“Sünnət cərrahi müdaxilə yolu ilə sünnət dərisinin götürülməsidir. Cəmiyyətdə dini, tibbi, mədəni səbəblərlə həyata keçirilir və tibbi baxımdan faydalı bir prosedurdur. Sidik yolu infeksiyalarının fimoz, parafimoz və balonopostit kimi xəstəliklərin qarşısının alınmasında, o cümlədən gələcəkdə cinsəl yolla keçən bir sıra xəstəliklərin qarşısının alınmasında çox əhəmiyyətlidir. Sünnəti həyata keçirən həkim peşəkar və sterilliyə diqqət edən cərrah-uroloq olmalıdır. Çünki bəzən əməliyyat zamanı sterillik qorunmadıqda infeksiya daxil olma və qanaxma riskləri qaçılmaz olur. Oğlan uşaqları sünnət edilərkən yaş həddi nəzərə alınmalıdır: 2,5-5,5 yaş arası dövrlərdə uşaqların “cinsəl kimliyinin formalaşma dövrü “ kimi qəbul edilməni nəzərə alsaq, bu prosedur bəzən həmin yaşlı uşaqlarda psixoloji travma kimi kastrasiyofobiya, yəni cinsiyyət orqanını itirmək qorxusu ilə nəticələnə bilər. Uşaqda hipospadiya (peyğəmbər sünnəti) deyilən bir diaqnoz varsa, əməliyyatı mütləq peşəkar cərrah-uroloq aparmalıdır ki, gələcəkdə fəsadlar olmasın. Yeni doğulma dövründə əgər uşaqda sarılıq varsa, vaxtından tez doğulubsa, nəsildə hemofiliya, yaxud laxtalanma problemləri varsa, sünnətə əks göstəriş kimi qiymətləndirilməlidir”, - həkim bildirib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 May 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see131

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see130

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see119

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see117

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see116

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see114

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see114

Rusiya MN: PUA istehsalı sexləri Geran 2 ilə vurulub

05 İyul 2025 13:30see114

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edildi KONKRET

05 İyul 2025 13:39see114

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see113

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see113

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see113

Yaprak Dökümü nün çəkildiyi malikanə ofis oldu

05 İyul 2025 14:03see113

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see112

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see111

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see111

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri