Icma.az
close
up
RU
Əlvan “Mif”lər aləmində

Əlvan “Mif”lər aləmində

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir İncəsənət Muzeyində Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada rəssamın son illərdə astrologiya və digər mövzularda yaratdığı təqribən 40 tablo təqdim edilib.    

“Mif” sərgisi Nərmin Sadıqovanın yaradıcılığında yeni səhifə açıb. Təqdim olunan tablolarda toxunulan mövzularla yanaşı, yeni istiqamətin olduğu görünür. Sərgi astrologiya ilə bədii yaradıcılıq arasında dərin bağları tədqiq etməyə çalışan incəsənət həvəskarlarına unikal təcrübə təklif edir.  

Nərmin Sadıqova özünün bədii yanaşma tərzi ilə kətan üzərində 12 bürcün işarələrinin unikal cəhətlərini – onların mifoloji mənasını, planetlərin təsirini və simvolikanı təsvir edib.   

Rəssam bu silsilə əsərlərdə seçilmiş kompozisiya quruluşundan, rəng palitrasından və digər ifadə vasitələrindən istifadə etməklə, hər bir bürcün fərdi xüsusiyyətlərini əyani şəkildə canlandırır, onların bədii obrazını yaradır. Bu əsərlərin astroloji biliklərlə dəstəklənən kompozisiyaları insana kosmosla daha dərin bağları hiss etməyə imkan verir. Çünki hər bir element bütün sistemin simvolik təcəssümünü və onun qarşılıqlı əlaqələrini təmsil edir.

Nərmin Sadıqovanın yaradıcılıq üslubu müasir estetik cərəyanları əks etdirir, orijinallığı və eksperimental xarakteri ilə ənənəvi formalardan fərqlənir. Onun əsərləri təkcə bədii-estetik dəyərlə deyil, həm də dərin fəlsəfi məzmunla zəngin olduğundan, rəssam öz layihələrində həmişə özünəməxsus üslubu ilə diqqəti cəlb edir. Nərmin Sadıqovanın portret, landşaft, natürmort və digər istiqamətlərdə yaratdığı tablolar tamaşaçılara ətraf aləmə yeni baxış bucağı təqdim edir, düşüncə və emosional qavrayışa təkan verir.

Nərmin Sadıqova uzun illərdir ki, yaradıcılıqla məşğuldur və Azərbaycanın müasir incəsənət mühitinin tanınmış simalarından biridir. O, müntəzəm olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir.

2012-ci ildə onun ilk fərdi xeyriyyə sərgisi “Four Seasons Hotel”də baş tutub. O, 2013-cü ildə “Bakının işıqları” rəsm müsabiqəsinin qalibi olub. 2014-cü ildə “Gallery-1969” rəssamın “Səs” adlı fərdi sərgisini keçirib. 2016-cı ildə rəssam Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib. 2017-ci ildə “Gallery-1969” onun “Momentous” adlı ikinci fərdi sərgisini təşkil edib.

Onu da qeyd edək ki, Nərmin Sadıqova digər azərbaycanlı sənətçilərlə birlikdə Azərbaycanı xaricdə – İtaliya, ABŞ, Latviya, BƏƏ, Türkiyədə təmsil edib. O, 2019-cu ildə Luvrda (Paris) “Carrousel” sərgisinə qatılıb. Elə həmin il Müasir İncəsənət Muzeyində onun “Meraki” adlı fərdi sərgisi keçirilib.

Bundan əlavə, Nərmin Sadıqova ­Heydər Əliyev Fondu və YARAT Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif layihələrdə fəal iştirak edir.

Qeyd edək ki, “Mif” rəssamın sayca beşinci fərdi sərgisidir və aprelin 11-dək davam edəcək.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri