Icma.az
close
up
RU
Bir həftə “Mif”

Bir həftə “Mif”

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir İncəsənət Muzeyində rəssam Nərmin Sadıqovanın “Mif” fərdi sərgisi keçiriləcək. 4-11 aprel tarixlərində baş tutacaq sərgidə rəssamın son illərdə müxtəlif mövzularda yaratdığı 40-a yaxın rəsm əsəri nümayiş olunacaq.

525.az xəbər verir ki. sərgi rəssam Nərmin Sadıqovanın yaradıcılığında yeni səhifə açır. Sərgidə nümayiş olunacaq əsərlərdə rəssamın əvvəllər müraciət etdiyi mövzularla yanaşı, yeni bir istiqamət də özünü göstərir.

Nərmin Sadıqovanın “Mif” fərdi sərgisi astrologiya ilə incəsənətin sintezini təqdim edərək onlar arasındakı dərin əlaqələri araşdırmaq istəyən sənətsevərlər üçün unikal təcrübə mənbəyi olacaq. Rəssam astrologiyanın əsrarəngiz dünyasını rəngkarlığın estetik ifadə vasitələri ilə birləşdirərək on iki bürcün özünəməxsus cəhətlərini - mifoloji mənasını, planetar təsirlərini və simvollarını kətan üzərində öz bədii yanaşması ilə əks etdirir. Müəllif əsərlərində hər bir bürcün özəl xüsusiyyətlərini əyaniləşdirərək seçilmiş kompozisiya quruluşu, rəng palitrası və digər bədii ifadə vasitələri ilə onların bədii obrazını yaradıb. Astroloji biliklərə əsaslanan bu əsərlərin kompozisiyalarında təsvir olunan elementlər kosmosla əlaqəni daha dərindən hiss etməyə imkan yaradacaq. Bu nümunələrdə hər bir detal bütöv bir sistemin və onlar arasındakı əlaqələrin simvolik təcəssümüdür. “Mif” fərdi sərgisi təkcə bədii əsərlərin estetik tərəfini deyil, həm də onun insan həyatına təsirini və astroloji simvolların dərin məzmununu əks etdirməklə yaddaşlarda iz buraxacaq.

Rəssamın yaradıcılıq üslubu müasir dövrün estetik meyllərini əks etdirərək ənənəvi formalardan daha çox özünəməxsus və eksperimental xarakter daşıyır. Rəssam iştirak etdiyi layihələrdə hər zaman özünəməxsus dəst-xəti ilə diqqəti cəlb edir. Nərmin Sadıqovanın əsərləri həm bədii-estetik baxımdan, həm də dərin fəlsəfi məzmunu ilə zəngindir. Rəssamın portret, mənzərə, natürmort və başqa janrlarda ərsəyə gətirdiyi əsərlərin hər biri izləyicilərə fərqli dünyagörüşü təqdim edərək onları düşünməyə təşviq edir.

Nərmin Sadıqova uzun illərdir yaradıcılıqla məşğuldur. O, davamlı olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir. Rəssam Azərbaycan Dövlət Xarici Dillər Universitetində, Azərbaycan Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2012-ci ildə onun xeyriyyə xarakterli ilk sərgisi keçirilib. İki il sonra – 2014-cü ildə isə rəssam “Gallery-1969”da “Səs” fərdi sərgisi ilə sənətsevərlərin görüşünə gəlib. O, 2013-cü ildə “Bakının işıqları” rəsm müsabiqəsinin qalibi olub. 2016-cı ildə rəssam Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib, 2017-ci ildə onun “Gallery-1969”da “Momentous” adlı ikinci fərdi sərgisi olub. Nərmin Sadıqova müxtəlif illərdə ölkəmizi İtaliyada, ABŞ-da, Latviyada, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə təmsil edib, 2019-cu ildə Parisdə Luvr muzeyində keçirilən “Karusel” sərgisində iştirakçısı olub. N.Sadıqova Heydər Əliyev Fondu və Yarat Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif layihələridə də iştirak edib.

Qeyd edək ki, rəssamın sayca 5-ci fərdi sərgisi olan bu tədbir “Mif” Müasir İncəsənət Muzeyində baş tutacaq. Tədbir 4-11 aprel tarixlərində, saat 11:00-20:00 arasında geşəkləşəcək. Biletlərin qiyməti 5, tələbələr üçün 2 AZN təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri