Icma.az
close
up
RU
“Əlverişli biznes və investisiya mühiti yaratmalıyıq ki, ölkə iqtisadiyyatı inkişaf etsin” Qüdrət Həsənquliyev

“Əlverişli biznes və investisiya mühiti yaratmalıyıq ki, ölkə iqtisadiyyatı inkişaf etsin” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Öncə yaxşı qanun layihəsi hazırladıqlarına görə, layihənin müəlliflərinə öz təşəkkürümü bildirirəm. Amma, ikinci oxunuşun tələblərinə uyğun olaraq 14-cü maddəyə münasibətimi bildirmək istəyirəm. 14-cü maddə qeyd olunur ki, dövlət xidmətlərinin gödtərilməsi üçün ödəniş və 14.də qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi zamanı qanunla müəyyən edilmiş hallarda və məbləğdə dövlət rüsumları (və ya xidmət haqları ödənişlər) tutularaq aidiyyəti üzrə köçürülür. Hörmətli həmkarlar, bu məsələ ilə bağlı mən əvvəllər də danışmışam. Bu il “Konstitusiya İli”dir və hesab edirəm ki, biz, 14-cü maddəni bu formada qəbul edəcəyiksə, bu, birbaşa Konstitusiyaya ziddir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət xidmətləri haqqında” qanunun layihəsinin ikinci oxunuşda çıxışı zamanı deyib.
Millət vəkili əlavə edib: “Ona görə ki, burada həm dövlət rüsumundan və xidmət haqlarından söhbət gedir. Mən vaxtilə də bu məsələyə toxunmuşdum ki, Azərbaycan Respublikasında “Dövlət rüsumu haqqında” qanun var və həmin qanunun birinci maddəsi dövlət rüsumunun anlayışı adlanır və qeyd olunur: “dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s. ödənilən haqdır (ödənişdir). Heç bir hüquqi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla) və ya fiziki şəxs dövlətin adından bu qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.
1.2-ci maddədə isə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən, əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. Bu qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz”.
17.6-1-ci maddədə söhbət nədən gedir? Yəni, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumların məbləği və bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsumun səviyyəsində müəyyən olunur.
Hörmətli həmkarlar, mən bu qanunun maddələrini niyə oxudum? Ona görə ki, əslində, rüsum göstərilən xidmətlərə görə haqdır. Biz burada rüsumu ayrıca qeyd edirik və göstəririk ki, xidmətlərə görə əlavə haqq ödənilir. Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu artıq kommersiya təşkilatıdır. Biz, onda gərək onu vergilərə cəlb edək. Mən başa düşürəm, ölkəyə pul lazımdır. Bunun üçün lazımdır ki, mülkiyyətin toxunulmazlığını təmin etmək üçün qanunun aliliyini təmin edək. Əlverişli biznes və investisiya mühiti yaradaq ki, ölkə iqtisadiyyatı inkişaf etsin və büdcə gəlirləri artsın, biz də dövlət orqanlarını büdcədən lazımı səviyədə maliyyələşdirə bilək. Amma bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə bir xidmət haqqı alması da Konstitusiyaya ziddir. Hesab edirəm ki, biz buna-4-cü maddəyə səs verməməliyik”. Qüdrət Həsənquliyev həmçinin deputat Ziyafət Əsgərovun etirazına da münasibət bildirib: “Hörmətli Ziyafət müəllim yəqin ki, mənim çıxışıma diqqətlə qulaq asmadı. Mən qeyd elədim, “Dövlət rüsumu haqqında” qanunun 1-cü maddəsinin 1-2-ci bəndində qeyd olunur, konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq. Konstitusiya qarşısındadırsa, Ziyafət müəllim, xahiş edirəm baxın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri