Icma.az
close
up
RU
Elvin Bədəlov: İslandiya ilə matçdan sonra nə edəcəyimizi bilmirdik, amma toparlanmağı bacardıq MÜSAHİBƏ

Elvin Bədəlov: İslandiya ilə matçdan sonra nə edəcəyimizi bilmirdik, amma toparlanmağı bacardıq MÜSAHİBƏ

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib.

- İslandiya ilə görüşdən sonra millidə sanki xaos yaranmışdı. Böyükhesablı məğlubiyyət oldu, ardınca Fernandu Santuş istefaya öndərildi. Bir gündə yeni baş məşqçi gəldi. Bu periodu necə keçirdiz?

- Həqiqətən də çətin günlər oldu. Birinci dəfədir ki, belə vəziyyətə düşmüşdüm. Uşaqlar da eyni durumda idi. Bilmirdik ki, nə edək. Amma səbir etdik, dözdük. Hər şeyi zamana buraxdıq. Yaxşı ki, tez bir zamanda hər şey öz yerini tapdı.

- Ayxan Abbasov bir gün içərisində daha çox psixoloji sarıdan sizinlə işlədiyini bildirdi. Təbii ki, vaxt az idi. Bir də sistemi başa salmağa çalışdı. Görünür ki, komanda tez bir zamanda həm sistemə öyrəşdi, həm də psixolji durumdan düzəldi?

- Əlbəttə, bir gün içərisində nələrsə etmək də çətindir. Amma Ayxan müəllim sağ olsun, bacarığını orataya qoydu və bizi bu vəziyyətdən çıxardı. O, komandanı toparlaya bildi.

- Ukrayna ilə görüşdəki bir xalı uğurlu nəticə saymaq olar hazırkı dönəmdə? 

- Ukrayna kimi rəqibə qarşı bir xal qazanmağın özü də, nəticədir. Onların oyunçularının haralarda oynadığına baxın. Bütün 90 dəqiqə mübarizə apardıq. Bir-birimizin yanında olduq. Sonda da bir xal qazandıq.

- Sadəcə maraqlıdır ki, bu oyuna kimi sona qədər əla mübarizə aparmağa nə mane olurdu indiyə qədər? Onda belə çıxır ki, məşqçilər komandanı psixoloji və taktiki cəhətdən tam hazırlaya bilmirdi?

- İstəmirəm hər şeyi məşqçinin üzərində atım. Biz İslandiya ilə görüşdə zəif çıxış etdik. Belə oyunlar da olur da. Necə ki, heç nə alınmır, ruh düşkünlüyü olur. Amma həmin gün bizim günümüz də deyildi. Onu tez bir zamanda yaddan çıxardıb, müsbət tərəfləri Ukrayna oyuna daşımaq lazım idi. Gələcəkdə daha da üstünə qoymaq gərəkdir. 

- Bu mövsüm "Neftçi" də qalib gələ bilməyib. Demək olar ki, Eminlə sən "Neftçi"nin düşərgəsinə daha inamlı qoşulacaqsız? Klubdakı performansına da təsir edəcək Ukraynaya qarşı inamlı oyun?

- İstəyərdim i, qarşıdakı turda artıq qələbə qazanaq. Üç turdur ki, oyun olaraq inkişaf var. Sadəcə qalib gələ bilmirik. İnanıram ki, bir oyun qazansaq, arxası da gələcək. Buna hamımız inanırıq, başqa yolumuz yoxdur. 

- Qarşıda isə millini çox ağır görünən Fransa matçı gözləyir. Yəqin ki, İslandiyanın onlara qarşı mübarizəsini gördün. Hətta hesabı 2:2 etsələr də, sonradan VAR-ın müdaxiləsindən sonra qol ləğv edildi. Bu sizə inam verdi ki, Fransa ilə əslində oynamaq olar və əksəriyyətinin düşündüyü kimi böyük hesabla uduzmamaq mümkündür?

- Hazırlaşacağıq. Başqa yolumuz yoxdur. İstənilən rəqibə qarşı oynaya bilərik. Əlbəttə, Fransa başqa səviyyədir. Bu haqda heç danışmaq istəmirəm. Səfər oyunudur. Amma əlimizdən gələni etməliyik. Ukrayna ilə oyundan sonra əminəm ki, uşaqlara da özünəinam gəlib. 

- Düşünmək olar ki, Ukrayna ilə matçdakı ilk və yeganə xal deyildi bu qrupda yığacağımız?

- Bunu hamımız istəyirik. Təki, belə də olsun.

- Millidə 14 nömrəli formanı Bilirik ki, millidə uzun illər Rəşad Sadıqov bu nömrə ilə oynayıb. Həmin nömrəni seçməyinin səbəbi də odur?

Rəşad Sadıqov bizim futbolumuzun əfsanəsdiir. Şübhəsiz ki, ona hörmətim böyük və sonsuzdur. Futbolçu kimi də, Rəşad Sadıqovu həmişə çox bəyənirdim. Amma nömrə məsələsi onunla əlaqəli deyil.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri