Icma.az
close
up
RU
Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, dəhşət bir şeydir” MÜSAHİBƏ

Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, dəhşət bir şeydir” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Neftçi”nin müdafiəçisi Elvin Bədəlovun Futbolxeber.az-a müsahibəsi

- “Turan Tovuz”la matçda meydanı xalsız tərk etdiniz. 0:1 hesablı məğlubiyyəti nə ilə əlaqələndirmək olar?

- Çətin oyun keçdi. Erkən, gözlənilməz qol buraxdıq. O qol bizi çox üzdü. Lakin yenə də oyundan qopmadıq. Çalışdıq, imkanlarımız da oldu. Lakin təəssüf ki, qələbə qazana bilmədik. İkinci hissədə azlıqda qaldıq. Bu, işimizi daha da çətinləşdirdi. İrəli getdik, qol vurmaq üçün çox çalışdıq, amma alınmadı.

- Sizcə, İqor Ribeyroya göstərilən qırmızı vərəqə nə dərəcədə doğru qərar idi?

- Epizodu izlədim. Düzdür, təmas var idi. Lakin ciddi bir şey deyildi. Rəqib futbolçu da təxribat elədi. Hər ikisinə sarı vəqərə düşürdü

- Üç oyuna, iki xal və bir qol. Nə çatışmır, problem nədədir? “Neftçi” nə üçün uğur qazana bilmir?

- Düzdür, nəticələr ürəkaçan deyil. Lakin bu oyunda görsəndi ki, komandada irəliləyiş var. Sadəcə bir qədər vaxt lazımdır. Oyun olaraq belə davam etsək, daha yaxşı vəziyyətə gələcəyik. Başa düşürəm, həm oyun, həm də nəticəyə ehtiyac var. Çalışacağıq vəziyyəti dəyişək.

- Bu məntiqlə fasilə “Neftçi”nin xeyrinə olmalıdır...

- Elədir. Sadəcə bu matçda rəqib təhlükə yaratmadan qol vurdu, qəribə, dəhşət bir şeydir. Düzdür, sonda “Turan Tovuz”un şansları var idi, ikinci qolu da vura bilərdilər. Lakin bu, normaldır, çünki bütün komanda ilə irəli atılmışdıq. Belədə arxada boşluqlar yaranırdı.

- Millinin heyəti açıqlandı. Sizin adınız da siyahıda var. Qarşıdakı matçlardan gözləntiləriniz?

- Milliyə dəvət aldığım üçün çox şadam. Çalışacağıq uğur qazanaq, xalqımızı sevindirək. Millidə də nəticələr yaxşı deyil. Son oyun bir qədər ümid yaradıb. İslandiya ilə matçda yaxşı nəticə qazansaq, ardı gələcək.

- İslandiya və Ukraynanı rəqib qismində necə dəyərləndirə bilərsiniz?

- Rəqiblər haqda ümumi məlumatımız var. Oyunlarını izləmişəm. Lakin daha ətraflı məlumatı məşqçilər korpusu təlim-məşq toplanışında verəcəklər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Avqust 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri