Elvin Cəfərquliyev yeni mövsümə harada başlayacaq? Dəqiqləşdi
Icma.az, Fanat saytına istinadən bildirir.
"Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, adı bir neçə Avropa klubu ilə yanaşı çəkilən milli üzvü Ağdam təmsilçisindən ayrılmaq niyyətində deyil.
Menecerlər vasitəsi ilə aldığı təkliflərlə bağlı baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyi ilə danışan Elvin özünü "Qarabağ"da xoşbəxt saydığını və bu formanı geyinməkdən məmnun olduğunu deyib. "Köhlənlər"in ən önəmli futbolçularından biri olan arxa xətt oyunçusunun klubu ilə bu yay müqavilə yeniləmək ehtimalı da olduqca yüksəkdir.
Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 39 matça çıxan Cəfərquliyev 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər iki qola UEFA Çempionlar Liqasında imza atıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 26 Mart 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















