Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Neftçalanın icra başçısı səyyar qəbul keçirdi Fotolar

Neftçalanın icra başçısı səyyar qəbul keçirdi Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Aşağı Surra kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səyyar qəbul zamanı Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Çıxış edən natiqlər “Şanlı Zəfər tarixi milli qürurumuzun təntənəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan xalqının tarixində əbədi iz qoyan 8 Noyabr – Zəfər Günü milli birliyimizin, həmrəyliyimizin, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrildi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı və xalqımızın bir yumruq kimi birləşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə olundu. Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də milli iradənin, vətənpərvərlik ruhunun, dövlət-xalq-ordu birliyinin rəmzi olmasını bildiriblər.

İcra başçısı çıxışında qeyd edib ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, bütöv bir xalqın taleyini, iradəsini, milli qürurunu və gələcəyə inamını özündə ehtiva edir. 8 Noyabr – Zəfər Günü məhz belə əlamətdar tarixlərdən biridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının milli birliyinin, sarsılmaz iradəsinin, rəşadətli Ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün təntənəsi oldu. Bu möhtəşəm Zəfərin ideoloji və siyasi təməlləri Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasına, milli maraqlara əsaslanan siyasətə və güclü Azərbaycan dövlətinin qurulması amalına söykənir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, iqtisadi və hərbi potensialının gücləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Ulu Öndərin uzaqgörən siyasəti müasir Azərbaycanın inkişafının möhkəm təməlini formalaşdırıb.

RİH-nin başçısı bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atdı. Dövlət başçısının qətiyyətli siyasi iradəsi, məqsədyönlü fəaliyyəti, diplomatik məharəti və güclü liderliyi Azərbaycan Ordusunun döyüş meydanındakı qəhrəmanlığı ilə birləşərək tarixi Qələbəmizi təmin etdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Zəfər tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Bu tarixi hadisə Azərbaycan xalqının illərlə yaşadığı torpaq həsrətinə son qoyulmasının, milli qürurumuzun və tarixi ədalətin təntənəsinin rəmzi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu Qələbə Ulu Öndər Heydər Əliyevin arzularının və müəyyən etdiyi dövlətçilik strategiyasının tarixi nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının əhəmiyyətindən danışıb.

Neftçala RİH-in başçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, kəndin mavi yanacaqla təmin olunması, yeni içməli su xəttindən su verilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see268

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see268

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see250

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see247

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see241

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see232

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see229

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see223

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see223

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see222

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see217

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see215

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see212

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see211

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see209

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see197

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see193

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see190

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see187

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri