Icma.az
close
up
RU
Elvin Məmmədov: Liderə qarşı oynayırsansa, səfərdə bir xal götürmək pis nəticə deyil MÜSAHİBƏ

Elvin Məmmədov: Liderə qarşı oynayırsansa, səfərdə bir xal götürmək pis nəticə deyil MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

I Liqada çempionluğa iddialı olan "Səbail"in baş məşqçisi Elvin Məmmədov 6-cı turun "Şəfa"(2:2) ilə görüşündən sonra Sportal.az saytına müsahibə verib.

- "Şəfa" ilə görüşdə 2:2 oynadınız. Nəticə sizi nə dərəcədə razı saldı?

Qələbə qazansaq, daha yaxşı olardı. Amma liderə qarşı oynayırsansa, səfərdə bir xal götürmək pis nəticə deyil. Liqa yeni başlayıb, 6-cı tur gedir. Hələ oyunlar qarşıdadır, hansı komandalar xal itirəcək sual altındadır. Hər kəs mübarizə aparır. 

- "Şəfa" qalib gəlsəydi, xal fərqi 5-ə yüksələcəkdi. Bu mənada, gərginlik hiss olunurdu?

Futbolçular da, biz də bunun fərqindəydik. Qalib gəlsəydik də, böyük bir şey olası deyildi. Çünki 6-cı tur var, qarşıda oyunlar var. Hər halda, uduzmadıq və bir xal da pis nəticə deyil.

- Hər iki qolu da demək olar ki, standart vəziyyətdən vurdunuz. Bu, məhz “Şəfa” ilə oyunun tapşırığı idi?

Bu, sırf məşqçilərimizə və mənə aiddir. Biz də inkişaf etməyə çalışırıq. Əlbəttə ki, hər kəsin gedişatı var. Rəqibə uyğun edirik. Bu da alındısa, lap gözəl.

- Rəhman Hacıyev “Şəfa” ilə matçda meydana sonradan çıxdı. Zəif oyununa görə kənarda qalmışdı?

Xeyr. Rəhmanın ağrıları var idi.

- Birinci hissə kifayət qədər maraqlı keçdi, 4 qol izlədik. İkinci hissədə nə dəyişdi, nə baş verdi?

Əslində, 2 komanda da bir az geri çəkildi. Epizodlarla biz sıxırdıq, onlar sıxırdı. Bu liqada belə oyunlar olacaq, top hardadırsa oyunçular orada mübarizə aparacaq. Lider komandaların oyunu olsa belə, o cəhətdən prolemlər var. 10 dəqiqə biz pressinq etdik, 10 dəqiqə “Şəfa” etdi. İki komanda da diqqətli idi.

- Özünüz bu dəqiqə bu liqada 10-15 dəqiqə oynaya bilərsiz?

Bu dəqiqə üçün yox. Bəlkə 1 ay forma yığdıqdan sonra oynamaq olar. Düzü, ağlımdan keçməyib. “Şəfa”ya qarşı oyun bu liqa üçün pis deyildi. Amma təbii ki, tempi qaldırmaq lazımdır. Birinci turda “Mingəçevir”ə qarşı oyunumuz daha maraqlı idi. “Şahğda-Qusar”a qarşı görüş də sürətli və maraqlı alındı. “Şəfa”ya qarşı matçda isə temp aşağı idi.

- Legionerlərinizdən nə dərəcədə razısız? 

Bir şeyi qeyd edək ki, o büdcə ilə Premyer Liqadan futbolçular istəyə bilməzsən. I Liqa və ödədiyimiz məbləğ üçün pis legionerlər deyillər.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri