Icma.az
close
up
RU
Elvin Məmmədov: Səbail I Liqada çempionluğa iddialı olacaq

Elvin Məmmədov: Səbail I Liqada çempionluğa iddialı olacaq

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Yeni mövsümdə I Liqada çıxış edəcək “Səbail” çempionluğa iddialı olacaq".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında komandanın baş məşqçisi Elvin Məmmədov deyib.

Mütəxəssis əsas məqsədlərinin yenidən Azərbaycan Premyer Liqasına qayıtmaq olduğunu vurğulayıb: “İyulun 25-də məşqlərə başlayacağıq. Artıq Rəhman Hacıyevlə müqavilə bağlamışıq. Komandanın kapitanı Yusif Nəbiyev də heyətdə qaldı. Premyer Liqa təcrübəsi olan futbolçularımız var. Yəni iddialı heyət yığırıq. Məqsədimiz elitaya qayıtmaqdır. Təlim-məşq toplanışı dönəmində 4 yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq. Amma rəqiblər hələ məlum deyil”.

Məmmədov hücum xəttini gücləndirmək istədiklərini söyləyib: “Müdafiə xəttində kifayət qədər futbolçumuz var. Hücumu bir neçə legionerlə gücləndirmək istəyirik. Boşluqları doldurub, daha iddialı olmaq istəyirik. Rəhbərlik istədiyim və almağa gücümüz çatacaq futbolçularla danışıq aparmağa şərait yaradıb. Məqsəd də yaxşı komanda formalaşdırmaqdır. Rüfət Abdullazadə komandadan ayrılacaq. Onun gedişi artıq razılaşdırılıb. Ümumiyyətlə, ötən mövsüm komandada çıxış edən futbolçuların, demək olar ki, 80 faizi ilə yolları ayırmışıq. Kapitanı və daha bir neçə futbolçunu saxlamışıq. Onların da əksəriyyəti əsas heyətlə birlikdə məşq edən əvəzedicilərin üzvləridir. Klubla müqaviləsi olan Süleyman Alluşu isə transferə çıxarmışıq”.

Qeyd edək ki, “Səbail” ötən mövsüm Azərbaycan Premyer Liqasını 10-cu yerdə bitirib. Komanda 2025/2026 mövsümündə I Liqada mübarizə aparacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 İyul 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri