Elvinə məxsus dünya rekordu qırıldı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Peru millisinin və "Alianza Lima" komandasının müdafiəçisi Karlos Zambrano bir təqvim ili ərzində beynəlxalq klub turnirlərində ən çox qırmızı vərəqə alan futbolçu kimi tarixə düşüb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 36 yaşlı oyunçu 2025-ci il ərzində qitə miqyaslı turnirlərdə 4 dəfə meydandan qovulub.
O, cari mövsümdə əvvəlcə "Libertadores Kuboku"nda iki dəfə, klubunun bu turnirdən kənarlaşmasından sonra isə Cənubi Amerika Kubokunda (Copa Sudamericana) daha iki dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.
Maraqlıdır ki, bu vərəqələr klubun keçirdiyi cəmi 6 beynəlxalq oyun ərzində qeydə alınıb.
Qeyd edək ki, buna qədərki dünya rekordu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevə məxsus idi. Azərbaycanlı müdafiəçi 2024-cü ildə UEFA Avropa Liqası çərçivəsində keçirilən oyunlarda 3 dəfə qırmızı vərəqə alaraq bu siyahıya başçılıq edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Fevral 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















